Müqəddəs Kitab

Zekeriyye - Giriş


 

Giriş

Zəkəriyyə peyğəmbər miladdan əvvəl VI əsrin ikinci yarısında yaşamışdır. Onun peyğəmbərliklərinin birinci hissəsi 520-518-ci illər arasında Allahdan ona nazil olan peyğəmbərliklərdən ibarətdir. Onların əksəriyyəti görüntü şəklindədir. Bu  peyğəmbərliklər  Yerusəlimin  bərpası,  məbədin  yenidən  tikilməsi  və Allah xalqının təqdis olunması barədədir. Son fəsillərdə Məsihin gözlənilən gəlişindən və son məhkəməsindən danışılır.  

Kitabın məzmunu:

Xəbərdarlıq və ümid xəbəri 1:1-8:23
İsrailin qonşuları üzərində məhkəmə 9:1-8
Firavanlıq və sülh gətirən gələcək dövr 9:9-14:21


up