Müqəddəs Kitab

Yoel - Giriş


 

Giriş

Yoel peyğəmbər İsrailin üzərinə gələn çəyirtkələrin dəhşətli hücumundan və böyük quraqlıqdan danışır. Bu hadisələrdə o, Rəbbin gününü, Onun ədalətli hökmünə qarşı çıxanların cəzalandırılacağı vaxtın əlamətlərini görür. Peyğəmbər Allahın xalqını tövbəyə çağırır və Onun xalqına verdiyi xeyir-dualı vədləri yadına salır. Burada vacib fikir odur ki, Rəbb Öz Ruhunu bütün xalqın, o cümlədən qadın və kişilərin, gənc və qocaların üzərinə tökməyi vəd edir.  

Kitabın məzmunu:

Çəyirtkə bəlası və tövbə çağırışı 1:1-2:17
Rəbbin cavabı və bərəkət vədi 2:18-27
Rəbbin günü 2:28-3:21


up