Müqəddəs Kitab
Yezekel - Giriş
Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 41 42 43 44 45 46 47 48
Giriş
Yezekel peyğəmbər miladdan əvvəl 593-571-ci illərdə peyğəmbərlik edirdi. O, Babildə sürgündə yaşayırdı. Onun sözləri həm sürgündə yaşayan həmvətənlərinə, həm də Yerusəlim əhalisinə aid idi. “Yezekel” Kitabında təsvir olunan vacib hadisələr bunlardır: Allah Yezekeli peyğəmbər olmağa çağırır. Sonra o, insanların üzərinə gələn Allah cəzası, Yerusəlimin süqutu və dağıdılması barədə xəbərdarlıq edir. Yezekel Allahın xalqına zülm edən millətlərin Onun tərəfindən mühakimə edilməsi barədə peyğəmbərlik edir. Lakin Allah sədaqətlidir, buna görə də Yerusəlimin süqutu və dağıdılmasından sonra İsrail xalqına təsəlliverici sözlər və gələcəyə parlaq ümid verir. Kitabın məzmunu bir qədər çətin anlaşılır, çünki onun bir hissəsini görüntülər təşkil edir. Bu kitabda həm də bərpa olunmuş məbəd və İsrail Yezekelin təsvirində böyük maraq doğurur. Yezekel böyük imana malik idi. O, ürəklərin və ruhani vəziyyətin yeniləşməsinin zəruriliyini, hər insanın öz günahlarına görə məsuliyyət daşımasını vurğulayırdı. Yezekel xalqın həyatının yeniləşməsi barədə car çəkirdi. O, kahin və peyğəmbər kimi məbədin bərpa olunmasına və İsrailin qanuna uyğun pak olmasına ehtiyac duyurdu.
Kitabın məzmunu:
Allah Yezekeli peyğəmbər olmağa çağırır 1:1-3:37
Yerusəlimin süqutu və dağıdılması barədə xəbərdarlıq 4:1-24:27
Allahın millətlər üzərində məhkəməsi 25:1-32:32
Allahın Öz xalqına vədləri 33:1-37:28
Qoqa qarşı peyğəmbərlik 38:1-39:29
Gələcək məbəd və ölkə barədə görüntü 40:1-48:35

