Müqəddəs Kitab

Yeşua - Giriş


 

Giriş

“Yeşua” Kitabının məzmunu Musanın davamçısı olan Yeşuanın başçılığı ilə İsrail xalqının Kənan torpağını zəbt etmə tarixindən bəhs edir. Bu kitabda yazılan məşhur hadisələr İsrail xalqının İordan çayının keçməsi, Yerixonun süqutu, Ay şəhəri uğrunda döyüş, Kənan torpağının on iki qəbilə arasında bölünməsi və Allahla xalqının arasında əhdin təzələnməsidir. Müqəddəs Kitabın ən geniş yayılan ayələrindən biri “Yeşua” Kitabının 24:15-ci ayəsində yazılmışdır: “bu gün kimə qulluq edəcəyinizi özünüz seçin Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək”.  

Kitabın məzmunu:

Kənan torpağının ələ keçirilməsi 1:1-12:24
Torpağın bölünüb paylanması 13:1-21:45
İordan çayının şərqindəki torpaq 13:1-33
İordan çayının qərbindəki torpaq 14:1-19:51
Sığınacaq üçün şəhərlər 20:1-9
Levililərin şəhərləri 21:1-45
Şərq qəbilələrinin qayıtması 22:1-34
Yeşuanın vəsiyyəti 23:1-6
Şekemdə yenidən bağlanan əhd 24:1-33


up