Müqəddəs Kitab
Vaiz - Giriş
“Vaiz” Kitabı insan həyatının qısa və təzadlı olmasından, onun müəmmalı haqsızlığından, insan ümidlərinin puça çıxmasından və “həyat puçdur” deyib bu nəticəyə gələn adamın fikirlərindən danışır. O, insan həyatını nizamlayan Allahın yollarını başa düşə bilmir. Buna baxmayaraq, adamlara səylə işləməyi və Allahın bəxş etdiyi nemətlərdən zövq almağı tövsiyə edir. Vaizin çox fikirləri mənfi və sıxıntılı görünür. Lakin bu kitabın Müqəddəs Kitaba daxil olması göstərir ki, Allaha inam belə bədbinliyi və ruh düşkünlüyünü aradan qaldıra bilər. Çox adam “Vaiz” Kitabını oxuyarkən, öz fikir və düşüncələrini sanki güzgüdə görür və bu kitabdan təsəlli tapır. Belə fikirlər əks etdirən adam Allaha daha çox ümid etməyi öyrənir və beləliklə, həyatın əsl məƏnasını aşkar edir.
Kitabın məzmunu:
Hər şey puçdur 1:1-18
Həzzin puçluğu 2:1-26
Hər şeyin öz vaxtı var 3:1-22
Dünyanın əziyyətləri 4:1-16
Allaha münasibət 5:1-6:20
Hikmət haqqında 7:1-8:17
Hər kəsin taleyi eynidir 9:1-10:20
Zəhmətin qiyməti 11:1-11:6
Son məsləhət: Allahı yada sal 11:7-12:8
Son söz 12:9-14

