Müqəddəs Kitab
Süleymanın Məsəlləri - Giriş
Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31
“Süleymanın Məsəlləri” Kitabı hikmətli sözlər və məsəllər şəklində olan əxlaqi və mənəvi təlim toplusudur. Bu kitab Allahdan gələn müdrikliyi gündəlik həyatda tətbiq etməyi tövsiyə edir: “Rəbb qorxusu bilik mənbəyidir” (1:7)
“Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə” (3:5)
Buradakı əsas fikir “Qanunun Təkrarı” Kitabı ilə həmahəng səslənir: Allaha güvənən, Onun göstərdiyi yolla gedən insan hər işində xeyir-dua alar. Məsəllər ailə və dostluq münasibətlərindən, əmək və ictimai həyatdan bəhs edir. Əsas mövzular müdriklik və səfehlik, salehlik və pislik, hikmətli sözün qüvvəti, sərvət və yoxsulluq, ümid və ehtiyat, sevinc və kədər, ağır əmək və bikarçılıqdır. Biliyin, hikmətin təməli “Allah qorxusudur”, yəni Allaha hörmət və ehtiramla yanaşmaqdır.
Kitabın məzmunu:
Hikmətin faydası 1:1-9:18
Süleymanın məsəlləri 10:1-22:16
Hikmətli sözlərin toplusu 22:17-31:31

