Müqəddəs Kitab
Saylar - Giriş
Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36
“Saylar” Kitabı İsrail xalqının Sina dağını tərk etdiyi vaxtdan Allahın onlara vəd etdiyi ölkənin şərq sərhədinə çatdıqları vaxta qədər qırx illik tarixi əhatə edir. Kitab İsraillilərin bir mühüm işinin adı ilə bağlıdır: Musa peyğəmbərin İsrail xalqı ilə yola düşməzdən əvvəl Sina dağında İsrail xalqının siyahıyaalması və İordanın şərqində Moavda bir nəsil böyüdükdən sonra yenə də İsrail xalqının siyahıyaalması. İki siyahıyaalma dövrü arasında İsraillilər Kənanın cənub sərhədinə – Qadeşə getdilər, amma vəd olunmuş ölkəyə girə bilmədilər. Onlar həmin ərazidə uzun illər qaldıqdan sonra İordan çayının şərqinə getdilər. Xalqın bir hissəsi burada məskunlaşdı, qalan hissəsi isə Kənana daxil olmaq üçün İordan çayını keçməyə hazırlaşdı. “Saylar” Kitabı çətinliklər qarşısında ruhdan düşən və qorxan, Allaha və Onun göndərdiyi elçiyə – Musaya qarşı asi olan xalqın salnaməsidir. Xalq dəfələrlə Allaha zəif iman və itaətsizlik göstərməsinə baxmayaraq, O, Öz xalqına sədaqətli olmuş və ona davamlı qayğı göstərmişdir.
Kitabın məzmunu:
İsraillilərin Sina dağını tərk etməyə hazırlaşması 1:1-9:23
Birinci siyahıyaalma 1:1-4:49
Müxtəlif qanun və qaydalar 5:1-8:26
İkinci Pasxa 9:1-14
Sina dağından Moava 9:15-21:35
Moavda baş vermiş hadisələr 22:1-32:42
Misirdən Moava səyahətin yekunu 33:1-49
İordan çayını keçməzdən əvvəl Rəbbin verdiyi öyüd-nəsihətlər 33:50-36:13

