Müqəddəs Kitab

Qanunun Təkrarı - Giriş


 

“Qanunun Təkrarı” Kitabı Musa peyğəmbər Moav səhrasında olarkən İsrail xalqına söylədiyi nitqdir. Kitabda yazılan mühüm hadisələr bunlardır: Musa ötən qırx il ərzində baş vermiş hadisələri yada salır. O, xalqı Allaha itaətkar və sadiq olmağa çağırır, Allahın onları səhradan necə keçirtdiyini yadda saxlasınlar deyə xalqa müraciət edir. Musa Müqəddəs Qanunun əsası olan on əmri (5:6-21)

həmçinin vəd olunmuş torpaqda İsrail xalqının həyatını istiqamətləndirən qanunları nəzərdən keçirir. O, Allahın kim olduğunu dönə-dönə İsrail xalqının yadına salır. Musa İsrail xalqına Allahın onlarla bağladığı əhdinin mənasını xatırladır və əhdin şərtlərinə əsasən xalqı Allaha həsr olunmağa çağırır. Allah Musadan sonra Yeşuanı İsrail xalqına rəhbər olmağa çağırır. Musa Allahı mədh edən ilahi qoşub oxuyur və İsrail qəbilələrinə xeyir-dua verdikdən sonra Moavda – İordan çayının şərqində vəfat edir. Kitabın əsas mövzusu budur: Allah seçdiyi xalqı sevdiyinə görə xilas edir və xeyir-dua verir. Buna görə də İsrail xalqı bunu yadda saxlamalı və xeyir-dualı həyat sürmək üçün Allaha itaət etməlidir. İsa Məsihin ən böyük əmr adlandırdığı əmrin sözləri bu kitabdandır: “Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sev” (6:5).

 

Kitabın məzmunu:

Musanın xalqa nidası 1:1-4:49
Musa qanunu və əmrləri təkrarlayır 5:1-26:19
Bərəkət və ləƏnət 27:1-28:68
Əhdin yeniləşməsi 29:1-30:20
Musanın son sözləri 31:1-33:29
Musanın ölümü 34:1-12


up