Müqəddəs Kitab

Mikeya - Giriş


 

Mikeya peyğəmbər Yeşaya peyğəmbərlə bir dövrdə yaşamışdı. O, cənub səltənətində, Yəhudanın bir kəndində anadan olmuşdu. O, Amos peyğəmbərin şimal səltənətinə çatdırdığı milli fəlakətin eyni şəkildə Yəhudanın da başına gələcəyinə əmin idi. Allah ədalətsizliyə görə xalqı cəzalandıracaqdı. Amma Amosdan fərqli olaraq Mikeyanın peyğəmbərliyində daha aydın, ümidli gələcəyin əlamətləri var. Bu hissələr xüsusilə diqqəti cəlb edir: Rəbbin bütün dünyada əmin-amanlıqla hökmranlıq etməsi (4:1-4),

Davud nəslindən böyük hökmdarın gəlməsi və onun bütün millətlərə sülh gətirməsi (5:2-5)

barəsində peyğəmbərlik İsrail peyğəmbərlərinin dediklərinin ümumi nəticəsi kimi (6:8-də) yekunlaşdırır: “Rəbb sizdən bundan başqa nə istəyir ki? Adil olun, məhəbbət göstərməyi sevin, Allahınızın önündə təvazökarlıqla gəzin”.  

Kitabın məzmunu:

İsrailin günahı 1:1-3:12
Rəbbin bütün dünyada əmin-amanlıqla hökm sürməsi 4:1-5:15
Rəbbin İsrailə xəbərdarlığı və ümid verməsi 6:1-7:20


up