Müqəddəs Kitab

Levililər - Giriş


 

“Levililər” Kitabı İsraillilərin hələ də Sina dağında qalmasını təsvir edir. Bu kitab qədim İsrailin ibadət və dini mərasimlərindən bəhs edir. Burada həmçinin bu ibadət üçün məsuliyyət daşıyan Levi tayfasından olan Harun və onun oğullarının kahinlik vəzifəsinə təyin olunmasından danışılır. Allahın müqəddəsliyi və insanların Onunla daima ünsiyyətdə olmaq üçün ibadət etməsinin yolları kitabın əsas mövzusudur. İsa Məsihin ikinci böyük əmr adlandırdığı məşhur sözləri: “Qonşunu özün kimi sev” bu kitabdandır (19:18).

Kitabın məzmunu:

Təqdim və qurbanlar haqqında qanunlar 1:1-7:38
Harunun və onun oğullarının kahinliyə təyin olunması 8:1-10:20
Paklıq və murdarlıq haqqında qanunlar 11:1-15:33
Kəffarə günü 16:1-34
Təqdisolunma və ibadət haqqında qanunlar 17:1-27:34


up