Müqəddəs Kitab
Haqqay - Giriş
“Haqqay” Kitabı miladdan əvvəl 520-ci ildə Haqqay peyğəmbər vasitəsilə Rəbdən gələn qısa vəhylərdir. Bu kitab “Ezra”, “Nehemya” və “Zəkəriyyə” Kitabları ilə sıx əlaqəlidir. Kitabdakı hadisələrin tarixi dəqiq məlumdur. Sürgündən qayıdan İsrail xalqı bir neçə il idi ki, Yerusəlimdə yaşayırdı. Lakin məbəd hələ də xarabalıq vəziyyətində qalırdı. Bu vəhy vasitəsilə Rəbb xalqını məbədi bərpa etməyə çağırırdı. Rəbb paklanmış, yeniləşmiş xalqa firavanlıq və sülh olan bir gələcək vəd verir.
Kitabın məzmunu:
Məbədin bərpası barəsində vəhy 1:1-15
Təsəlli və ümid xəbəri 2:1-23

