Müqəddəs Kitab
Hakimlər - Giriş
“Hakimlər” Kitabı İsrail tarixində Kənan torpağının zəbt olunması və padşahlığın əsasının qoyulması arasındakı dövrü təsvir edir. Bu, qanunsuzluq dövrü idi. Kitabın əsas ideyası budur: “O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi” (17:6, 21:25).
Burada yazılan hekayələr “hakimlər” adlanan milli qəhrəmanların rəşadətindən bəhs edir. Əslində onların əksəri hakimlərdən çox hərbi başçı idi. Kitabın verdiyi ibrət dərsi budur ki, İsrailin varlığı Allaha sadiqliyindən asılı idi, çünki onların vəfasızlığı başlarına bəla gətirirdi. Amma ən vacib şey odur ki, İsrail xalqı Allaha vəfasız olub üzərinə bəla gətirsə də, onlar Allaha tərəf dönüb tövbə etdikdə, O, Öz xalqını xilas etməyə həmişə hazır idi.
Kitabın məzmunu:
Yeşuanın ölümünə qədər baş verən hadisələr 1:1-2:10
İsrail Rəbdən üz döndərir 2:11-3:6
İsrailin hakimləri 3:7-16:31
Otniel, Ehud, Şamqar 3:7-31
Devora və Baraq 4:1-5:3
Gideon 6:1-8:35
Avimelek 9:1-57
Tola, Yair, İftah 10:1-12:7
İvsan, Elon və Avdon 12:8-15
Şimşon 13:1-16:31
Müxtəlif hadisələr 17:1-21:25

