Müqəddəs Kitab

Habaqquq - Giriş


 

“Habaqquq” Kitabı miladdan əvvəl VII əsrin axırına – Babillilərin hökmranlıq etdiyi dövrə aiddir. Bu qəddar xalqın törətdiyi zorakılıqdan narahat olan peyğəmbər Rəbbə sual verir: “Pis adamlar salehlərin başını yeyəndə Axı niyə susursan?” (1:13)

Rəbb buna belə cavab verir: “Budur, məğrurların niyyətləri düzgün deyil, Amma saleh adam imanı ilə yaşayacaq”(2:4)

Kitabın qalan hissəsi pis adamların dəhşətli aqibətindən xəbər verir və Allahın böyüklüyünü izzətləndirən,  Habaqququn güclü imanını bəyan edən şairanə ilahi ilə bitir.  

Kitabın məzmunu:

Habaqququn şikayəti və Rəbbin cavabı 1:1-2:5
Pis adamların aqibəti 2:6-20
Habaqququn duası 3:1-19


up