Müqəddəs Kitab

1 Şamuel - Giriş


 

“1 Şamuel” Kitabı İsrailin hakimlər dövründən padşahlığa keçid dövrünün salnaməsidir. Ölkədə dəyişikliklər əsasən üç nəfər – böyük hakimlərin sonuncusu Şamuelin, İsrailin birinci padşahı Şaulun və onların qarşılaşdığı İsrailin gələcək hökmdarı Davudun vasitəsilə baş verir. Şamuel və Şaul gənc Davudun həyatına təsir edir. Əhdi-Ətiqin digər tarixi yazıları kimi bu kitabın da əsas mövzusu belədir: Allaha sədaqət uğur, itaətsizlik isə fəlakət gətirir. Bu fikir Rəbbin kahin Eliyə göndərdiyi xəbərdə aydın ifadə olunur: “Mənə hörmət edənləri hörmətə çatdıracağam, Məni saymayanlar isə rüsvay ediləcək!” (2:

30)  “1 Şamuel” Kitabında padşahlığın qurulmasına müsbət nöqteyi-nəzərdən baxılmır, çünki Rəbb Özü İsrailin padşahı sayılırdı. Lakin xalqının xahişini nəzərə alaraq Rəbb onlar üçün padşah seçdi. Ən vacib o idi ki, İsrail xalqı da, padşah da Allahın hakimiyyəti altında yaşayırdı. Bütün xalqın – varlıların da, kasıbların da hüquqları Allahın qanunlarının himayəsi altında qorunurdu. Qədim yunan və bəzi müasir tərcümələrdə “1 və 2 Şamuel” ilə “1 və 2 Padşahlar” Kitabları “1, 2, 3 və 4 Padşahlıqlar” başlığı ilə yazılıb.  

Kitabın məzmunu:

Şamuel İsrailin hakimidir 1:1-7:17
Şaulun padşah seçilməsi 8:1-10:27
Şaulun hakimiyyətinin ilk illəri 11:1-15:35
Şaulun Davudu təqib etməsi 16:1-30:31
Şaul və oğullarının ölümü 31:1-13   


up