Müqəddəs Kitab

1 Salnamələr - Giriş


 

Giriş

 “1 və 2 Salnamələr” adlanan iki kitab “Şamuel” və “Padşahlar” Kitablarındakı hadisələri yenidən başqa nöqteyi-nəzərdən işıqlandırır. “1 Salnamələr” Kitabı İsrail padşahlığının tarixinin yazılmasında iki əsas məqsəd güdür: İsrail və Yəhuda padşahlığının başına gəlmiş bəlalara baxmayaraq, Allah İsrail xalqına verdiyi vədlərinə sadiq olub Yəhudada yaşayanlar vasitəsilə Öz xalqı üçün niyyətini həyata keçirirdi. Müəllif bunu Davud və Süleymanın nailiyyətlərində, Yehoşafat, Xizqiya və Yoşiyanın islahatlarında, həmçinin xalqın Allaha sadiqliyində görürdü. Yerusəlim məbədində xalqın Allaha səcdə etməsi, xüsusilə kahinlərlə Levililərin ibadət xidməti təsvir olunur. Süleyman məbədi tikdi, amma Davud məbədin təməlini və mərasimlərin əsasını qoydu.  

Kitabın məzmunu:

Nəsil şəcərələri və siyahılar 1:1-9:44
Şaulun ölümü 10:1-14
Davudun padşahlığı 11:1-29:30
Bəlalar və nailiyyətlər 11:1-22:1
Məbədi tikmək üçün hazırlıq 22:2-29:30


up