Müqəddəs Kitab Allahın kəlamıdır. Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur. Allah müqəddəs kitabda insanlara əbədi həyata malik olmaq üçün həqiqət yolünü göstərir. Siz bu kitabdan hikmət, əxlaqi və mənəvi dəyərlər əldə edə biləcəksiniz. Bu kitab keşməkeşli həyat yollarında Allahın iradəsini öyrənməkdə sizə kömək edəcək. Müqəddəs kitab iki hissədən ibarətdir: Əhdi-Ətiq və Əhdi-Cədid. Əhdi-Ətiq Allah tərəfindən bütün millətlər üçün İsrail, yəni Yəhudi xalqına nazil olan Müqəddəs Yazılardır. Əhdi Ətiq 39 kitabdan ibarət olub, qədim ibrani və arami dillərində yazılmışdır. Əhdi-Cədid isə 27 kitabdan ibarət olub, qədim yunan dilində yazılmışdır.
Bu Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur.
Allah Müqəddəs Kitabda insanlara əbədi həyata malik olmaq üçün həqiqət yolunu göstərir. Siz bu kitabdan hikmət, əxlaqi və mənəvi dəyərlər əldə edə bələcəksiniz. Bu kitab keşməkeşli həyat yollarında Allahın iradəsini öyrənməkdə sizə kömək edəcək.
Müqəddəs Kitab iki hissədən ibarətdir: Əhdi-Ətiq və Əhdi-Cədid.
Əhdi-Ətiq Allah tərəfindən bütün millətlər üçün İsrail, yəni Yəhudi xalqına nazil olan Müqəddəs Yazılardır.
Əhdi-Ətiq 39 kitabdan ibarət olub, qədim ibrani və arami dillərində yazılmışdır.
Əhdi-Ətiq dörd hissəyə bölünür. Tövrat – Musanın Qanun kitabı (ilk 5 kitab), Tarixi kitablar (Yeşua Kitabı ilə başlayaraq, cəmi 12 kitab), Poetik kitablar (Zəbur və digər 4 kitab), Peyğəmbərlərin kitabları (Yeşaya Peyğəmbərin Kitabı ilə başlayaraq, cəmi 17 kitab). Bu kitablar xəbər verir ki, bəşər övladları üçün dünyaya Xilaskar gələcək.
Əhdi-Cədid, yaxud İncil 27 kitabdan ibarət olub, qədim yunan dilində yazılmışdır. İlk dörd kitab İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri Kitabı İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. İncil kitabına daxil olan məktublar İsa Məsihin həvariləri və yaxın ardıcılları tərəfindən yazılmışdır. Bu məktublar ilk imanlılar cəmiyyətlərinə (kilsələrə) yol göstərmək, İsa Məsihin təliminə uyğun həyat tərzi yaşamaq və qarşılaşdıqları çətinliklərin öhdəsindən necə gəlməyi öyrədir. İncilin Vəhy adlanan son kitabı isə insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayır.
Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Müqəddəs Kitab dünyada birinci yeri tutur. Beş əsr bundan əvvəl Müqəddəs Kitab, yalnız 33 dilə tərcümə edilmiş, 19-cu əsrin əvvəllərində isə 70 dilə tərcümə edilmişdir.
Müəyyən edilmişdir ki, 2002-ci ilin sonunadək Müqəddəs Kitab dünyada mövcud olan 6800 dildən tam surətdə 392 dilə, yalnız Əhdi-Cədid olmaqla qismən 1012 dilə tərcümə olunmuşdur. Bu kitab son zamanlar yeni dillərə daha sürətlə tərcümə edilir. Orta hesabla hər on gündən bir yeni tərcümə nəşr olunur. Planetimizdə yaşayan 6 faiz insanların hələ öz ana dilində Müqəddəs Kitabı yoxdur.
Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsi 19-cu əsrin ortalarından başlanmışdır.
1878-ci ildə Əhdi-Cədid bütövlükdə tərcümə olundu.
1891-ci ildə Əhdi-Ətiq nəşr olundu. Bu kitablar əski ərəb əlifbası ilə nəşr olunmuşdur. 1982-ci ildə Əhdi-Cədid yenidən tərcümə olunub, kirill əlifbası ilə nəşr olunmuşdur. 1995-ci ildən başlayaraq, Əhdi-Ətiqin ayrı-ayrı kitabları tərcümə edilərək, qismən çap olundu: 1999-cu ildə Rut və Yunus, 2000-ci ildə Yaradılış və Süleymanın Məsəlləri kitabları nəşr olumuşdur.
Tərcüməçilər ən etibarlı qədim mənbələrdən – qədim ibrani və arami dillərində yazılmış Əhdi-Ətiqin mətnlərindən istifadə etmişlər və Əhdi-Ətiqi tərcümə edərkən, orijinal mətnə sadiq qalaraq, Azərbaycan dilində təbii səslənməsinə çalışmışlar.
Kitabların məzmununu oxuculara daha yaxşı çatdırmaq üçün hər kitabın başlanğıcında giriş sözü yazılmışdır. Kitabın səhifələrinin altında qeydlər, kitabın sonunda isə Müqəddəs Kitabın terminləri lüğəti, ölçü, kütlə və pul vahidləri cədvəli verilmişdir. Səhifələrdəki qeydlər nömrələrlə, Müqəddəs Kitabın terminləri lüğəti isə əlifba sırası ilə yazılmışdır.
Bu tərcüməyə kömək edən, bu işdə zəhmət çəkən hər kəsə öz minnətdarlığımızı bildiririk. Arzumuz budur ki, Uca Allahımız hər bir Azərbaycan oxucusuna, onların simasında Azərbaycan xalqına bu Müqəddəs Kitabdakı kəlamlar vasitəsilə bol-bol xeyir-dua versin!
(Tövrat, Tarixi, Zəbur və Peyğəmbərlərin kitabları)