Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Yeşaya - Fəsil 16

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66

 

1) Seladan səhra yolu ilə Sion dağına, Ölkənin hökmdarına quzular göndərin.

2) Moav qızları yuvalarından atılmış, Ora-bura uçan quşlara bənzəyir, Onlar Arnon çayının bərələrində dolaşır.

3) “Bizə öyüd ver, ədalət göstər, Gündüzün istisində gecə kimi üstümüzə kölgə sal, Sürgünləri saxla, qaçqınları təslim etmə.

4) Qoy Moavdan sürgün olanlar Səninlə birlikdə yaşasın, Məhv edənlərə qarşı biz Moavlıların pənahı ol”. Qarət və qırğın qurtaranda, Ölkəni ayaqları altına salanlar yox olanda,

5) Məhəbbət üzərində taxt qurulacaq, Davud nəslindən bir nəfər Sədaqətlə padşahlıq edəcək, Ədaləti axtarıb hökm edəcək, Tezliklə salehliyi yerinə yetirəcək.

6) Moavlıların nə dərəcədə Qürurlanıb lovğalandıqlarını, Nə cür təkəbbürlü olduqlarını eşitdik, Boş yerə öyünürlər.

7) Buna görə Moavlılar Moav üçün fəryad edəcək, Birgə nalə çəkəcək, Qir-Xaresetin kişmiş kökələrini Yada salaraq inləyib kədərlənəcək.

8) Çünki Xeşbon tarlaları, Sivma tənəkləri qurudu. Başqa millətlərin başçıları seçmə budaqlarını qırdı, O budaqlar Yazerə qədər uzanırdı, Səhraya çatırdı, şaxələnib dənizi aşırdı.

9) Buna görə Yazerdə ağlayanlarla Sivma tənəkləri üçün acı-acı ağlayıram. Ey Xeşbon və Elale, Sizi göz yaşları ilə isladıram, Çünki meyvələr və məhsul yığılan vaxt Şən səsləriniz kəsildi.

10) Məhsuldar tarlalarda şənlik və nəşə səsi yox oldu, Üzümlükdə nə nəğmələr oxunur, nə də sevinc nidaları səslənir. Üzümsıxanlarda işləyən olmayacaq, Onların şən səslərini kəsdim.

11) Buna görə ürəyim Moav üçün lira kimi inləyir, Qəlbim Qir-Xareset üçün sızlayır.

12) Moav xalqı səcdəgahlarına çıxaraq Boş yerə özünü yorur, Dua etmək üçün müqəddəs məkanına gedəcək, Hər şey boş-boşunadır!

13) Rəbbin Moav haqqında keçmişdə dediyi sözü budur.

14) İndi isə Rəbb belə deyir: “Tam üç ilin ərzində Moavın şan-şöhrəti çoxsaylı xalqı ilə birgə alçaldılacaq, Sağ qalanları azalıb zəifləyəcək”.


up