Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Yeşaya - Giriş

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66

 

Giriş

“Yeşaya” Kitabının adı miladdan əvvəl VIII əsrin ikinci yarısında Yerusəlimdə yaşamış Yeşaya adlı böyük peyğəmbərin adı ilə bağlıdır. Yeşaya ibrani dilində “Rəbb xilas edir” mənasını verir. Kitabın belə adlanması müəyyən mənada kitaba bir mahiyyət verir. Kitabı üç əsas hissəyə bölmək olar:

1) 1-39-cu fəsillər cənub padşahlığı olan Yəhudanın qüvvətli qonşusu Aşşur ölkəsi tərəfindən təhdid etdiyi dövrə aiddir. Yeşaya görürdü ki, Yəhudanın həyatı üçün böyük təhlükə yaradan Aşşur yox, xalqın Allaha qarşı itaətsizliyi, günah işlətməsi və Ona tam etibarsızlığıdır. Peyğəmbər alovlu nitqləri ilə xalqı və onun başçılarını salehliyə və doğru həyata çağırır. Yeşaya dönə-dönə xəbərdarlıq edirdi ki, Allaha itaətsizlik ölkənin dağılmasına və xalqın məhv olmasına səbəb olacaq. O,  həm də bütün dünyaya sülh və Davud nəslindən kamil padşah gələcəyini qabaqcadan xəbər verirdi.

2) 40-55-ci fəsillər tarixi vəziyyətin dəyişməsini özündə əks etdirir. Bu fəsillər Yəhuda xalqının Babil əsarətində olduğu dövrə aiddir. Aşşurlulardan sonra Orta Şərqdə hakimiyyəti ələ keçirən Babillilər miladdan əvvəl 586-cı ildə Yerusəlimi zəbt edib əhalisini Babilə sürgün etdilər. Babil əsirliyi zamanı Yəhuda xalqı ümidini itirmiş və miskin hala düşmüşdü. Belə vəziyyətdə Yeşaya peyğəmbərlik edir ki, Allah Öz xalqını azad edəcək və onlar Yerusəlimdə yeni həyata başlayacaq. Bu fəsillər göstərir ki, tarixi idarə edən Allahdır və Onun xalqına olan amalı başqa millətlərə də aiddir. Bu fəsillər bütün millətlərin İsrail vasitəsilə xeyir-dua alacağından bəhs edir.

3) 56-66-cı fəsillərdə sürgündə olan yəhudilərin Yerusəlimdə yenidən yaşayacağı və Allahın Öz vədlərinə sadiq qalmasına əmin ola biləcəkləri bəyan edilir. Burada salehliyə və ədalətə əməl etməyə, Şənbə gününə düzgün riayət edilməsinə, qurban təqdiminə, duaya və oruca xüsusi diqqət yetirilir. İsa Məsih kitabın 61:1-2-ni oxuyaraq,  Öz çağırışını aşkar etdi və xidmətini başladı.  

Kitabın məzmunu:

Xəbərdarlıq və vədlər 1:1-12:6
Millətlərin cəzalandırılması 13:1-23:18
Allahın dünyanı mühakimə etməsi 24:1-27:13
Sonrakı xəbərdarlıq və vədlər 28:1-35:10
Yəhuda padşahı Xizqiya və Aşşurlular 36:1-39:8
Təsəlli və ümid sözləri 40:1-55:13
Xəbərdarlıq və vədlər 56:1-66:24

up