1) *Allahin və Rəbb Isa Məsihin qulu mən Yaqubdan millətlər arasina səpələnmiş on iki qəbiləyəq\fk On iki qəbilə – yə’ni Israilin on iki qəbiləsi. salam!
2) Ey qardaşlarim, müxtəlif sinaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin.
3) Çünki bilirsiniz ki, imaninizin sinaqdan keçməsi dözüm yetişdirir.
4) Dözüm də öz əməlini başa çatdirsin ki, siz yetkin və kamil adamlar olasiniz, heç bir çatişmazliğiniz olmasin.
5) Əgər sizlərdən birinin müdrikliyi çatişmirsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
6) Amma qoy heç şübhə etmədən imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldirdiği və hərəkətə gələn dəniz dalğasina bənzəyir.
7) Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq.
8) O qərarsizdir, heç bir yolunda sabit deyil.
9) *Qoy məzlum qardaş öz ucaliği ilə fəxr etsin,
10) varli qardaş isə öz məzlumluğu ilə fəxr etsin, çünki varli insan otun çiçəyi kimi solub gedəcək.
11) Günəş çixir, bərk isti olur və qizmar istisi otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi itir. Varli adam da gördüyü işlərdə eləcə solacaq.
12) Sinağa dözən adam nə bəxtiyardir ! Çünki sinaqdan keçmiş olduqda Rəbbin Onu sevənlərə və’d etdiyi həyat tacini alacaq.
13) Sinağa düşəndə qoy heç kim: «Allah məni sinaqlara çəkir» deməsin. Çünki Allah pisliklə sinağa çəkilmir və Özü də heç kimi sinağa çəkmir.
14) Lakin hər kəs öz ehtirasi ilə aparilib yoldan çixarilaraq sinağa çəkilir.
15) Sonra ehtiras boylu qalib günah doğurur. Günah tam yetişəndə ölüm törədir.
16) Ey sevimli qardaşlarim, aldanmayin:
17) hər bir yaxşi bəxşiş və hər kamil hədiyyə yuxaridan, Özündə heç dəyişkənliyi ya dönüklük kölgəsi olmayan nurlar Atasindanr\fk Nurlar Atasi – yə’ni Nur Olan və səma cisimlərini yaradan Ata Allah. Bax: Yar. 1:14-19; 1Yəh. 1:5. gəlir.
18) O Öz iradəsinə görə həqiqət Kəlami ilə bizi törətdi ki, biz elə bil Onun yaratdiqlarinin nübari olaq.
19) Beləliklə, ey sevimli qardaşlarim, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə yavaş və qəzəblənməkdə də yavaş olsun.
20) Çünki insanin qəzəbi Allahin salehliyini hasil etmir.
21) Buna görə də hər cür murdarliği və dolub-daşan pisliyi kənara ataraq daxilinizə əkilən, canlarinizi xilas etməyə qadir olan Kəlami həlimliklə qəbul edin.
22) Bu Kəlamin icraçisi olun, yalniz eşidənlər olub özünüzü aldatmayin.
23) Çünki Kəlami eşidən, amma icraçisi olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir:
24) O öz-özünə baxir, kənara çəkilir və dərhal necə olduğunu unudur.
25) Lakin kim kamil qanuna, azadliq qanununa diqqətlə baxib ona bağli qalarsa və unutqan eşidən deyil, əməldə icraçi olarsa, bu adam öz işində nə bəxtiyardir!
26) Əgər sizdən biri özünün mö’min olduğunu düşünür, amma ürəyini aldadib öz dilini yüyənləmirsə, onun mö’minliyi puçdur.
27) Ata Allahin hüzurunda pak və nöqsansiz mö’minlik budur: yetimlərə və dullara onlarin əziyyətlərində qayği göstərmək və özünü dünyadan ləkəsiz saxlamaqdir.