Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Vəhy - Fəsil 1

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22

 

Yəhyaya Nazil Olan

1) Bu, Isa Məsihin vəhyidir. Allah bunu Ona verdi ki, tezliklə baş verməli hadisələri Öz qullarina aşkar etsin. Məsih də bunu Öz mələyi vasitəsilə qulu Yəhyaya göndərərək bəyan etdi.

2) Yəhya Allahin kəlami və Isa Məsihlə bağli gördüyü hər şey barədə şəhadət etdi.

3) Nə bəxtiyardir bu peyğəmbərlik sözlərini oxuyan, eşidənlər və orada yazilanlara əməl edənlər! Çünki vaxt yaxinlaşir. Yeddi cəmiyyətə müraciət

4-5) *Mən Yəhyadan Asiya vilayətindəki yeddi cəmiyyətə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtinin önündəki yeddi ruhdan, həmçinin ölülər arasindan ilk doğulan, yer üzünün padşahlarinin başçisi olan sadiq şahid Isa Məsihdən sizə lütf və sülh olsun. Bizi sevən, Öz qani bahasina bizi günahlarimizdan azad edərəkg\fk Günahlarimizdan azad edərək – bə’zi əlyazmalarda günahlarimizdan yuyaraq.

6) bizdən bir padşahliq təşkil edən və bizi Öz Atasi Allah üçün kahinlər tə’yin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin.

7) *Budur, O, buludlarla gəlir! Hər göz Onu görəcək, Hətta Onun bədənini deşənlər də Onu görəcək. Yer üzünün bütün tayfalari Onun üçün ah-nalə edəcək. Bəli, belə olacaq. Amin.

8) *Var olan, Var olmuş və Gəlməli olan Külli-Ixtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!»

9) Əziyyətə, Allahin Padşahliğina və dözümə sizinlə Isada şərik olan mən – qardaşiniz Yəhya Allahin kəlamina və Isa barədə şəhadət etdiyimə görə Patmos adlanan adada idim.

10) Rəbbin günüh\fk Rəbbin günü – yə’ni Bazar günü. Ruhun tə’siri altinda olarkən arxamdan şeypur səsinə bənzər uca bir səsin belə söylədiyini eşitdim:

11) «Gördüyünü bir kitaba yaz və bunu yeddi cəmiyyətə, yə’ni Efesə, Izmirə, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya və Laodikeyaya göndər».

12) *O zaman çevrildim ki, mənimlə danişanin kim olduğunu görüm. Çevrildikdə yeddi qizil çiraqdan gördüm.

13) Çiraqdanlarin arasinda uzun cübbə geymiş, sinəsinə qizil qurşaq bağlamiş bəşər oğluna bənzər Biri var idi.

14) Onun başi, saçlari yun və qar kimi ağ, gözləri isə odlu alov kimi idi;

15) ayaqlari kürədə xalis olan pardaqlanmiş tunc kimi idi, səsi də gur axan sularin sədasina bənzəyirdi.

16) O, sağ əlində yeddi ulduz tutmuşdu, ağzindan ikiağizli iti bir qilinc çixirdi; Onun üzü tam qüvvəsi ilə parlayan günəşə bənzəyirdi.

17) *Mən Onu gördükdə ölü kimi ayaqlarina qapandim. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan,

18) Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarinin açarlari Məndədir.

19) Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz.

20) Mənim sağ əlimdə gördüyün yeddi ulduzun və yeddi qizil çiraqdanin sirrinə gəlincə, yeddi ulduz yeddi cəmiyyətin mələkləri, yeddi çiraqdan da yeddi cəmiyyət deməkdir.


up