Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Titusa - Fəsil 1

Fəsillər: Giriş 1 2 3

 

Paulun Titusa Məktubu

1) Allahin qulu və Isa Məsihin həvarisi, mən Pauldan salam! Allahin seçdiyi insanlarin iman edib Allah yoluna uyğun olan həqiqəti dərk etmələri üçün tə’yin olundum.

2) Allah yolu əbədi həyat ümidinə əsaslanir. Bu ümidi yalan danişmayan Allah başlanğicdan əvvəl və’d etmişdi.

3) Xilaskarimiz Allah Öz əmrinə görə mənə əmanət edilmiş təbliğ vasitəsilə kəlamini vaxtinda aşkar etmişdir.

4) *Ümumi imaniniza görə öz oğlum kimi olan Titusa Ata Allahdan və Xilaskarimiz Isa Məsihdən lütfw\fk Lütf – bə’zi əlyazmalarda lütf, mərhəmət. və sülh olsun.

Titusun Kritdəki vəzifəsi

5) Tamamlanmiş işləri düzəldəsən və sənə tapşirdiğim kimi hər şəhərdə cəmiyyət ağsaqqallari tə’yin edəsən deyə səni Kritdə qoydum.

6) *Ağsaqqal seçilən insan nöqsansiz və tək arvadina sadiq olsun. Övladlari imanli olmali, pozğunluqda ittiham olunan yaxud itaətsiz olmamalidir.

7) Çünki cəmiyyət nəzarətçisi Allah evinin idarəçisi olduğuna görə nöqsansiz olmalidir. Özbaşina, hirsli, içki düşkünü, zoraki, haqsiz qazanca həris olmamali,

8) əksinə qonaqpərvər, yaxşiliği sevən, ağilla-kamalla, ədalətli, müqəddəs, nəfsinə hakim olmalidir.

9) Həm başqalarina sağlam tə’limlə nəsihət verməyə, həm də ona qarşi çixanlari təkzib etməyə qadir olsun deyə aldiği tə’limə uyğun olan e’tibarli kəlami bərk tutmalidir.

10) Çünki xüsusilə sünnətlilər arasinda bir çox itaətsiz, boşboğaz və saxtakar insanlar var.

11) Onlarin ağzini yummaq lazimdir. Çünki onlar haqsiz qazanc əldə etmək üçün uyğun olmayan şeyləri öyrədərək bə’zi ailələri tamamilə alt-üst edirlər.

12) Onlardan biri – öz peyğəmbərlərindən biri belə demişdir: «Kritlilər daima yalançi, Azğin heyvan, tənbəl qarinquludur».

13) Bu şəhadət doğrudur. Buna görə də onlari sərt bir şəkildə məzəmmət et ki, imanlari sağlam olsun və

14) Yəhudi əfsanələrinə və həqiqəti rədd edən insanlarin əmrlərinə qulaq asmasinlar.

15) Paklar üçün hər şey pakdir, ləkəli imansizlar üçün isə pak heç nə yoxdur. Amma onlarin həm düşüncəsi, həm də vicdani ləkələnmişdir.

16) Onlar Allahi tanidiqlari barədə iddia edirlər, amma əməlləri ilə bunu inkar edirlər. Çünki mənfur və itaətsizdirlər və heç bir yaxşi iş görməyə yaramazlar.


up