Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8
“Nəğmələr Nəğməsi” poetik kitab olub məhəbbət şerlərindən ibarətdir. Kitabın baş qəhrəmanı qızdır. Burada əsasən qız oğlanla, oğlan qızla şerlərlə deyişir. Bu şerlərdə insan məhəbbətinin ecazkar qüvvəsindən bəhs edilir. Məhəbbət insana Allah tərəfindən verilmişdir. Buna görə də Müqəddəs Kitaba “Nəğmələr Nəğməsi”nin daxil olması heç də təəccüblü deyil. Bu şerlərin şərhi məcazi məna daşıyır. Bu məhəbbət nəğmələri yəhudilər tərəfindən Allahla xalqının münasibətlərinin əyani təsviri kimi şərh edilir. Məsihçilər isə bunu İsa Məsihlə imanlılar arasında olan münasibətlərin əksi kimi şərh edirlər.
Kitabın məzmunu:
Birinci nəğmə 1:1-2:7
İkinci nəğmə 2:8-3:5
Üçüncü nəğmə 3:6-5:1
Dördüncü nəğmə 5:2-6:3
Beşinci nəğmə 6:4-8:4
Altıncı nəğmə 8:5-14