Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Mərsiyələr - Giriş

Fəsillər: Giriş 1 2 3 4 5

 

“Mərsiyələr” Kitabı beş mərsiyədən ibarətdir. Miladdan əvvəl 586-cı ildə Yerusəlimin dağıdılıb əhalinin əsir  aparılmasından  sonra  bu  mərsiyələrin  Yeremya  peyğəmbər tərəfindən yazıldığı ehtimal olunur. Bu kitabın  1-4-ə qədər olan hissəsi akrostix şəklində yazılmışdır, yəni ayələrin sırası ibrani əlifbasının hərfləri ilə başlayır. Yalnız üçüncü fəsildə üç ayə eyni hərflə başlayır. Bu kitab mərsiyə ruhunda yazılsa da, burada Allaha inam və gələcəyə ümid əhval-ruhiyyəsi də özünü göstərir. Bütün bu dəhşətli hadisələrə baxmayaraq Yeremya peyğəmbər Allaha sonsuz dərəcədə etibar edib belə deyir: Amma bunları yada salarkən Məndə ümid yaranır. Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir. Hər səhər bunlar təzələnir, Sənin sədaqətin böyükdür. Öz-özümə deyirəm: “Rəbb mənim nəsibimdir”, Ona görə Rəbbə ümid bəsləyirəm (3:21-24).

Miladdan əvvəl 586-cı ildə İsraillilərin başına gələn milli fəlakətin xatirinə yəhudilər hər il tutduqları oruc  günlərində – ibadət zamanı “Mərsiyələr” Kitabından istifadə edirlər.  

Kitabın məzmunu:

Yerusəlim dərdi 1:1-22
Yerusəlimin cəzası 2:1-22
Cəza və ümid 3:1-66
Dağılmış Yerusəlim 4:1-22
Mərhəmət duası 5:1-22

up