Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Koloselilərə - Fəsil 1

Fəsillər: Giriş 1 2 3 4

 

1) Allahin iradəsi ilə Məsih Isanin həvarisi mən Pauldan və Timotey qardaşdan

2) Kolossedəki Məsihdə olan müqəddəs və sadiq qardaşlara salam! Atamiz Allahdane\fk Allahdan – bə’zi əlyazmalarda AM Allahdan və Rəbb Isa Məsihdən (Rom. 1:7). sizə lütf və sülh olsun!

Paul Allaha şükür edir

3) Sizin üçün həmişə dua edərkən Allaha – Rəbbimiz Isa Məsihin Atasina şükür edirik.

4) Çünki sizin Məsih Isaya imaniniz və bütün müqəddəslərə göstərdiyimiz məhəbbətdən xəbərdar olduq.

5) Imaniniz və məhəbbətiniz göylərdə sizin üçün saxlanan şeylərə bağladiğiniz ümiddən qaynaqlanir. Bu barədə sizə çatan, Müjdə olan həqiqət Kəlamindan əvvəlcədən eşitmisiniz.

6) Bu Müjdə onu eşitdiyiniz, Allahin lütfünü həqiqətən dərk etdiyiniz gündən bəri sizdə olduğu kimi bütün dünyada da bəhrə verməkdə və yayilmaqdadir.

7) *Bunu bizimlə birgə Məsihin qulu və sizin üçünf\fk Sizin üçün – bə’zi əlyazmalarda B bizim üçün. çalişan Onun sadiq xidmətçisi sevimli Epafradan öyrəndiniz.

8) O, Ruhdan qaynaqlanan məhəbbətinizin xəbərini də bizə çatdirdi.

Paulun Kolosselilər üçün duasi

9) Ona görə bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahin iradəsini bütünlüklə qavramaniz üçün biz də dualarimizi və yalvarişlarimizi kəsmədik.

10) Belə ki Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razi salasiniz və hər cür xeyirli əməldə bəhrə verib Allahi tanimaqda böyüyəsiniz,

11) hər şeyə dözərək səbr edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz,

12) müqəddəslərin nurda olan irsinə şərik olmaniz üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz.

13) O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Səltənətinə köçürtdü.

14) *Oğulda olan qurtuluşa azad olunmayag\fk Qurtuluşa – bə’zi əlyazmalarda Onun qani vasitəsilə azad olunmaya. – günahlarimizin bağişlanmasina malikik.

Məsihin şəxsiyyəti və vəzifəsi

15) Görünməz Allahin surəti və bütün yaradiliş üzərində Ilk Doğulan Odur.

16) Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçilar, hakimlər Onda yarandi. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandi.

17) Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur.

18) *Bədənin, yə’ni imanlilar cəmiyyətinin Başi da Odur. Hər şeydə birinci olsun deyə başlanğic olan, ölülər arasindan dirilən ilk doğulan Odur.

19) Çünki Allah Onda bütün tamliği ilə yaşamağa

20) və Onun vasitəsilə, çarmixda axidilan qani ilə barişiq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barişdirmağa razi oldu.

21) Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allahdan uzaq və Ona düşmən idiniz.

22) Indi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barişdirdi ki, sizi Onun qarşisinda müqəddəs, ləkəsiz və nöqsansiz təqdim etsin.

23) Bir şərtlə ki eşitdiyiniz Müjdənin verdiyi ümiddən sarsilmadan, iman əsasinda möhkəm və sabit durasiniz. Bu Müjdə səma altinda olan bütün yaradilişa təbliğ olundu və mən Paul Müjdənin xidmətçisi oldum.

Paulun imanlilara xidməti

24) Indi sizin üçün əzab çəkdiyimə sevinirəm və Məsihin Öz bədəni olan imanlilar cəmiyyəti uğrunda çəkdiyi əziyyətlərin qalanlarini canima cəfa verərək tamamlayiram.

25) Allahin sizin üçün mənə verdiyi vəzifəyə görə mən bu cəmiyyətin xidmətçisi oldum ki, Allahin kəlamini,

26) yə’ni keçmiş əsrlərdən və nəsillərdən gizlədilən, indi isə Onun müqəddəslərinə açilan sirrini tam bəyan edim.

27) Allah millətlər arasinda bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sirr sizdə olan Məsihdir. O sizə izzətə qovuşmaq ümidini verir.

28) Hər bir insani Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamiya tam müdrikliklə nəsihət və tə’lim verərək Məsihi bəyan edirik.

29) Bu məqsədlə də zəhmət çəkirəm və Onun məndə qüdrətlə fəaliyyət göstərən qüvvəsi ilə mübarizə apariram.


up