Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Əyyub - Giriş

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42

 

“Əyyub” Kitabı böyük bəlalar çəkən bir insanın hekayəsidir. Kamil əməlisaleh və Allahdan qorxan Əyyub var-dövlətini, bütün övladlarını itirir və ağır xəstəliyə düçar olur. Lakin bunlara baxmayaraq o, Allaha olan böyük imanını itirmir. Üç hissədən ibarət poetik dialoqlarda müəllif Əyyubun və onun dostlarının bu fəlakətlərə münasibətini göstərir. Uzun müzakirələrdən sonra Allah Özü Əyyuba cavab verir. Əyyubun dostları onun çəkdiyi iztirabların səbəbini ənənəvi dini anlayışlarla izah edir. Onlar belə bir nəticəyə gəlir ki, yaxşı əməlləri mükafatlandıran və pisliyi cəzalandıran Allah bu iztirabları Əyyuba onu cəzalandırmaq üçün göndərmişdi. Amma Əyyub düşünür ki, o, çox xeyirxah və saleh adam olduğuna görə belə ağır cəzaya layiq deyil. Əyyub başa düşə bilmir ki, Allah niyə onun başına bəla gəlməsinə izin verir. O, öz imanını itirmir, amma Allahın önündə bəraət qazanmağa can atır. Allah Əyyubun suallarına birbaşa cavab vermir. O, öz qüdrət və hikməti ilə təbiəti necə yaratmasını poetik surətdə təsvir edərək Əyyubun imanına görə cavab verir. Sonra Əyyubun ürəyi yumşalır, Allahın hikmət və əzəmətini qəbul edərək, söylədiyi hiddətli, sərt sözlərdən ötrü tövbə edir. Kitabın sonunda deyilir ki, Əyyub daha böyük sərvətə çatıb əvvəlkindən daha yaxşı vəziyyətə qayıdır. Allah Əyyubun çəkdiyi iztirabların səbəbini başa düşməyən dostlarını məzəmmət edir. Çünki onların arasında ənənəvi, dini anlayışların həddini aşaraq, Allahın böyüklüyünü dərk edən, yalnız Əyyub idi.  

Kitabın məzmunu:

Proloq 1:1-2:13
Əyyub və onun dostları 3:1-31:40
Əyyubun şikayəti 3:1-26
Birinci söhbət 4:1-14:22
İkinci söhbət 15:1-21:34
Üçüncü söhbət 22:1-27:23
Hikmətin mədhi 28:1-28
Əyyubun yekun sözü 29:1-31:40
Elihunun nitqi 32:1-37:24
Rəbb Əyyuba cavab verir 38:1-42:6
Epiloq 42:7-17

up