Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Ester - Fəsil 10

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10

 

Mordokayın mötəbər vəzifəsi

1) Padşah Axaşveroş uzaq dəniz sahillərinə qədər  padşahlığındakı  ölkələrə  xərac  qoydu.

2)  Padşahın  bütün güclü və qüdrətli işləri, eləcə də Mordokaya verdiyi yüksək rütbə haqqındakı qərar Midiya və Fars padşahlarının salnamələr kitabında yazılmışdır.

3) Yəhudi Mordokay rütbə etibarı ilə yalnız padşah Axaşveroşdan aşağı idi. Yəhudilər arasında nüfuz sahibi olub  onların  əksəriyyətinin  hörmətini qazanmışdı. O, xalqının xeyrinə işləyən və bütün millətinin əmin-amanlığını müdafiə edən adam idi.

up