Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10
“Ester” Kitabında hadisələr Fars padşahı Axaşveroşun (Kserksin) qış iqamətgahında, Şuşan qala şəhərində baş verir. Kitabın baş qəhrəmanı Esterdir. Gənc, gözəl Ester yəhudi qızıdır və Fars padşahı Axaşveroşa ərə gedib, mələkə olur. O, öz xalqını – İsrailliləri kütləvi soyqırımından qurtarır. Onun əmisi oğlu Binyaminli Mordokay Esterin baş məsləhətçisi və köməkçisi olub Esterlə birgə qəhrəmanlıq göstərir və bu böyük təhlükənin qarşısını alıb İsrail xalqını xilas edir. Bu kitab yəhudilərin Purim bayramının yaranmasını və mənasını izah edir.
Kitabın məzmunu:
Padşah Axaşveroşun ziyafəti və Vaştinin mələkəlikdən çıxarılması 1:1-22
Esterin mələkə seçilməsi 2:1-23
Hamanın yəhudilərə qəsdi 3:1-5:14
Hamanın məğlubiyyəti və edamı 6:1-7:10
Yəhudilərin düşmənləri üzərində qələbə çalması 8:1-10:3