Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Efeslilərə - Fəsil 1

Fəsillər: Giriş 1 2 3 4 5 6

 

Paulun Efeslilərə Məktubu

1) *Allahin iradəsi ilə Məsih Isanin həvarisi olan mən Pauldan Məsih Isaya məxsus olub sadiq qalan Efesdəkik\fk Efesdəki – bə’zi əlyazmalarda bu söz yoxdur. müqəddəslərə salam!

2) Atamiz Allah və Rəbb Isa Məsihdən sizə lütf və sülh olsun!

Məsihdə bizə bəxş olunan üstünlüklər

3) Bizə Məsihdə hər cür ruhani ne’mətlə səmavi aləmdə xeyir-dua verən Rəbbimiz Isa Məsihin Allahina -- Atasina alqiş olsun!

4) O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşisinda müqəddəs və ləkəsiz olaq.

5) Öz iradəsinin xoş niyyətinə görə Isa Məsih vasitəsilə bizi əvvəlcədən tə’yin etdi ki, Özü üçün övladliğa götürsün.

6) Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək.

7) *Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə

8) biz Məsihə məxsus olaraq Onun qani vasitəsilə azad olmağa, təqsirlərimizin bağişlanmasina nail olduq.

9) Allah əvvəlcə sirr olaraq saxladiği istəyini xoş niyyətinə görə bizə açdi. Onun Məsih vasitəsilə yerinə yetirmək tə’yin etdiyi bu niyyəti budur ki,

10) vaxt tamam olanda həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihə məxsus edibl\fk Məsihə məxsus edib – yaxud Məsihin başçiliği altinda. birləşdirsin.

11) Hər şeyi Öz iradəsindən yaranan qərari ilə yerinə yetirən Allahin məqsədinə görə biz Məsihdə əvvəlcədən tə’yin edilərək seçildikm\fk Seçildik – yaxud irs aldiq. ki,

12) qabaqcadan Məsihə ümid bəsləyən bizlər Onun izzətinin mədhi üçün yaşayaq.

13) Həqiqət kəlamini, xilasinizin Müjdəsini eşidib Məsihə iman edən zaman siz də və’d olunmuş Müqəddəs Ruh ilə Onda möhürləndiniz.

14) Müqəddəs Ruh Allaha aid olanlar azad olunanadək irsimiz üçün qoyulan girovdur. Belə ki Allahin izzətini mədh edək.

Paulun imanlilar üçün duasi

15) Bundan ötrü mən də Rəbb Isaya olan imaniniz və bütün müqəddəslərə göstərdiyiniz məhəbbət barədə eşidib

16) sizi dualarimda yada salaraq durmadan sizin üçün şükür edirəm.

17) Dua edirəm ki, Rəbbimiz Isa Məsihin Allahi olan izzətli Ata Özünü sizə tanitmaq üçün hikmət və vəhy ruhunu versin.

18) *Qoy O, qəlbinizin gözünü nurlandirsin ki, Onun də’vətindən yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu,

19) Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf olunan qüdrətin hədsiz böyüklüyünün nə olduğunu biləsiniz.

20) Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, Onu ölülər arasindan dirildib səmavi aləmdə Öz sağinda oturtdu və

21) hər başçiliq, hakimiyyət, qüvvə və ağaliqdan, yalniz bu dövrdə deyil, gələcək dövrdə də Onu çəkiləcək hər addan çox yüksəltdi.

22) **Hər şeyi Ona tabe edərək ayaqlarinin altina qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlilar cəmiyyətinə verdi.

23) Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Dolğunlaşdiranin tamliğidir.


up