Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
“Çıxış” Kitabının adı İsrail tarixində olan ən mühüm hadisə ilə bağlıdır. Bu, İsrail xalqının Allahın köməyi ilə Misir köləliyindən çıxmasıdır. Allah Öz möhtəşəmliyini, sədaqətini, mərhəmətini seçdiyi xalqına belə aşkar etdi. Bu kitab dörd əsas hissədən ibarətdir:
1) İsraillilərin köləlikdən qurtarması;
2) Onların Sina dağına getməsi;
3) Allahın Öz xalqı ilə bağladığı əhdi və onunla bağlı İsrailə yaşamaq üçün əxlaqi, mülki və dini qanunların verilməsi;
4) İsrail üçün ibadətgahın – müqəddəs məskənin və onun avadanlığının qurulması, həmçinin kahinlər üçün Allaha ibadət qayda-qanunların verilməsi. Bu kitab hər şeydən əvvəl köləlikdən qurtarıb gələcəyə ümidlə baxan Allah xalqının formalaşmasından danışır. Kitabın əsas qəhrəmanı olan Musa peyğəmbər İsrail xalqını Misirdən çıxarmaq üçün Allah tərəfindən rəhbər seçilmişdir.
Kitabın məzmunu:
İsraillilərin Misir köləliyindən azad olması 1:1-15:21
Misirdə köləlik 1:1-22
Musanın doğulması və həyatının ilk dövrü 2:1-4:31
Musanın və Harunun Misir fironuna qarşı çıxması 5:11-11:10
Pasxa və Misirdən çıxış 12:1-15:21
Qırmızı dənizdən Sina dağına köçmə 15:22-18:27
Sina dağında bağlanmış əhd və qanunlar 19:1-24:18
İsraillilər Sina dağında 19:1-25
Allahın on əmri 20:1-26
Digər hökmlər 21:1-24:18
Müqəddəs məskən və ibadət üçün qaydalar 25:1-40:38