“Avdiya” Kitabı miladdan əvvəl 586-cı ildə Babillilərin Yerusəlimi zəbt etdiklərindən sonra yazılıb. Yəhudanın qədim düşməni Esavın nəslindən olan Edomlular Yerusəlimin süqutuna sevinib şəhərin talanmasında işğalçılara kömək etdilər. Avdiya peyğəmbər Edomun dağılması və məğlubiyyəti barədə peyğəmbərlik etmişdi.
Kitabın məzmunu:
Edomun cəzalandırılması 1:1-14
Rəbbin günü 1:15-21