Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

Amos - Giriş

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9

 

 “Amos” Kitabı miladdan əvvəl VIII əsrin ortalarında yaşayan Amos peyğəmbərin ədalətsizliyə qarşı mübariz sözlərindən bəhs edir. Əhdi-Ətiqdə Musa peyğəmbərdən sonra sözləri ətraflı şəkildə göstərilən ilk peyğəmbər Amosdur. Amos yəhudalı idi, amma o, İsrailin şimal padşahlığına qarşı öz səsini qaldırırdı. Çünki bu dövrdə ədalətsizlik və yoxsulların istismarı bahasına firavan və arxayın yaşayan insanların ruhani aləmi təmiz deyildi. İnsanlar özlərini sədaqətli göstərirdi, lakin onların mənəviyyatı yox idi. Amos peyğəmbər cəsarətlə deyirdi ki, Allah Öz xalqını cəzalandıracaq: “Lakin qoy ədalət sular kimi tökülsün, Salehlik davamlı sel kimi axsın!”(5:24)

“Bəlkə Ordular Allahı Rəbb qalan Yusif övladlarına lütf edər”(5:15).

 

Kitabın məzmunu:

İsrailin qonşularının cəzalandırılması 1:1-2:5
İsraillilərin cəzalandırılması 2:6-6:14
Beş görüntü 7:1-9:15

up