1) * Mən ağsaqqaldan həqiqətə görə sevdiyim əziz Qaya salam!
2) Ey sevimli, dua edirəm ki, canin uğurlu olduğu kimi özün də hər cəhətdən uğurlu və sağlam olasan.
3) Bə’zi qardaşlar gəlib sənin həqiqətə bağliliğina, yə’ni həqiqətə görə həyat sürdüyünə şəhadət edəndə mən çox sevindim.
4) Mənim üçün öz övladlarimin həqiqətə görə həyat sürdüyünü eşitməkdən böyük sevinc ola bilməz.
5) Ey sevimli, sənə hətta yad olduqlari halda qardaşlara xidmət etməkdə sədaqət göstərirsən.
6) Onlar cəmiyyətin qarşisinda sənin məhəbbətin barədə şəhadət ediblər. Sən onlari Allaha layiq bir tərzdə yola salarkən yaxşi iş görəcəksən.
7) Çünki onlar imansiz olanlardan heç nə götürmədən Onun naminə yola çixdilar.
8) Beləcə biz həqiqət işində həmkar olmaq üçün bu cür adamlara dayaq olmaliyiq.
9) Cəmiyyətə bir şey yazdim, amma onlarin arasinda başçiliq etməyi sevən Diotref bizim səlahiyyətimizi tanimir.
10) Buna görə də mən gələndə onun etdiyi əməllərlə bağli məsələ qaldiracağam: o bizim barəmizdə pis sözlərlə qeybət edir, hətta bununla kifayətlənməyərək qardaşlari özü qəbul etmir, qəbul etmək istəyənlərə də mane olur və onlari cəmiyyətdən qovur.
11) Ey sevimli, pislikdən yox, yaxşiliqdan nümunə götür. Yaxşiliq edən Allaha məxsusdur, pislik edən isə Allahi görməyib.
12) Hami Dimitrinin yaxşi adam olduğuna şəhadət edir, həqiqətin özü də bunu təsdiq edir. Biz də buna şəhadət edirik və sən də bilirsən ki, bizim şəhadətimiz e’tibarlidir.
13) Sənə yazilasi çox sözüm var, amma bunlari sənə qələm və mürəkkəblə yazmaq istəmirəm.
14) Amma ümid edirəm ki, tezliklə səni görəcəyəm və səninlə üz-üzə söhbət edəcəyəm.
15) Sənə sülh olsun. Dostlar sənə salam göndərir. Oradaki dostlara bir-bir salam söylə.