Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

2 Yəhya - Fəsil 1

Fəsillər: Giriş 1

 

1) Mən ağsaqqaldan həqiqətə görə sevdiyim seçilmiş xanima və onun övladlarina salam! Yalniz mən deyil, həqiqəti dərk edənlərin hamisi sizi sevir.

2) Çünki həqiqət daxilimizdə qalir və əbədi olaraq bizimlə olacaq.

3) Ata Allahdan və Atanin Oğlu Isa Məsihdən gələn lütf, mərhəmət və sülh həqiqət və məhəbbət əsasinda bizimlə olacaq.

Məhəbbət və həqiqət

4) Sənin övladlarinin arasinda Atadan aldiğimiz əmrə uyğun olaraq həqiqətə görə həyat sürənlərə rast gələndə çox sevindim.

5) *Ey xanim, indi də səndən xahiş edirəm ki, bir-birimizi sevək. Sənə yazdiğim yeni bir əmr deyil, əvvəldən bəri malik olduğumuz əmrdir.

6) Məhəbbət Atanin əmrlərinə görə həyat sürməyimizi tələb edir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə həyat sürəsiniz.

7) Çünki dünyada çoxlu yalançi meydana çixib ki, Isa Məsihin cismani varliq olaraq gəldiyinə şəhadət etmir. Bunu edən şəxs yalançi və Məsih əleyhdaridir.

8) Özünüzü qoruyun ki, bizim çəkdiyimiz zəhməti bada verməyib tam mükafati əldə edəsiniz.w\fk Bizim çəkdiyimiz zəhməti...əldə edəsiniz – bə’zi əlyazmalarda öz çəkdiyiniz zəhməti...əldə edəsiniz, bə’zilərində isə biz öz çəkdiyimiz zəhməti...əldə edək

9) Həddi aşib Məsihin tə’liminə sadiq qalmayan hər kəs Allaha malik deyil, həmin tə’limə sadiq qalan kəs isə həm Ataya, həm də Oğula malikdir.

10) Əgər bir kəs yaniniza gəlib sizə bu tə’limi öyrətməsə, onu qonaq qəbul etməyin və onunla salamlaşmayin.

11) Çünki onunla salamlaşan kəs onun şər əməllərinə şərik olur.

Salam göndərmə

12) Sizə yazilasi çox sözüm var, amma bunlari kağiz və mürəkkəblə bildirmək istəmədim. Lakin ümid edirəm ki, özüm yaniniza gəlib sizinlə üz-üzə söhbət edim və beləcə sevincimizx\fk Sevincimiz – bə’zi əlyazmalarda sevinciniz. tamam olsun.

13) Sənin seçilmiş bacinin övladlari sənə salam göndərir.


up