Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

2 Timoteyə - Fəsil 4

Fəsillər: Giriş 1 2 3 4

 

1) Allahin və dirilərlə ölüləri mühakimə edəcək Məsih Isanin önündə Onun zühuru və Səltənəti haqqi üçün sənə and içdirirəm ki,

2) Allahin kəlamini təbliğ edəsən, hansi vaxt olursa-olsun hazir olasan. Insanlara tam səbirlə tə’lim verərək inandir, xəbərdarliq et və nəsihət ver.

3) Çünki elə bir zaman gələcək ki, sağlam tə’limlə razi olmayacaqlar. Qulaqlari oxşayan sözlər eşitmək üçün ətraflarina öz ehtiraslarina uyğun müəllimlər toplayacaqlar.

4) Qulaqlarini həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər.

5) Amma sən hər vəziyyətdə ayiq ol. Əziyyətə qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et.

6) Çünki qanim artiq maye təqdimi kimi tökülmək üzrədir. Artiq ayrilma zamanim gəldi.

7) Mən yaxşi mübarizə aparmişam, yarişi bitirdim, imani saxladim.

8) Indi salehlik taci mənim üçün hazir durur. Adil Hakim olan Rəbb gələcəyi gün onu mənə – yalniz mənə deyil, Onun zühuruna can atanlarin hamisina verəcək.

Şəxsi ricalar və salamlar

9) Yanima tez gəlməyə çaliş.

10) *Çünki Dimas indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Titus isə Dalmatiyaya getdi.

11) *Yalniz Luka yanimdadir. Marki da götür özünlə gətir, çünki o edəcəyim xidmətdə mənə yardim edər.

12) *Tixiki isə Efesə göndərdim.

13) *Troasda Karpin yaninda qoyduğum yapincini, kitablari, xüsusən yazili dəriləri də gələndə gətir.

14) * *Misgər Isgəndər mənə çox pislik etdi. Rəbb ona əməllərinin əvəzini verəcək.

15) Sən də ondan özünü gözlə. Çünki söylədiklərimizə cəhdlə zidd getdi.

16) Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çixmadi, hami məni tərk etdi. Qoy onlara günah sayilmasin.

17) Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, təbliğ işimi başa çatdirim və onu bütün millətlər eşitsin. Mən aslanin ağzindan xilas oldum.

18) Rəbb məni hər cür pislikdən qurtaracaq və Səmavi Səltənəti üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin.

19) *Priskila ilə Akilaya və Onisiforun ev əhlinə salam söylə.

20) *Erast Korinfdə qaldi. Trofimi isə xəstə halda Miletdə qoydum.

21) Qiş başlamamişdan gəlməyə çaliş. Evvul, Pudens, Linus, Klavdiya və bütün qardaşlar sənə salam göndərirlər.

22) Rəbbv\fk Rəbb – bə’zi əlyazmalarda Rəbb Isa Məsih. sənin ruhunla olsun. Lütf sizinlə olsun.


up