1) Bunu bil ki, bu axir zamanda çətin dövrlər olacaq.
2) Çünki insanlar xudbin, pulpərəst, lovğa, təkəbbürlü, təhqir edən, valideynlərinə itaət etməyən, nankor, müqəddəslikdən məhrum,
3) şəfqətsiz, barişmaz, böhtançi, nəfsini saxlamayan, rəhmsiz, yaxşiliğin düşməni,
4) xain, ehtiyatsiz, qürurlu olacaq, Allahdan çox zövqü sevəcək.
5) Allah yolunda olan kimi görünüb, bu yolun gücünü inkar edəcəklər. Bu cür adamlardan uzaq dur.
6) Bunlarin arasinda evlərə soxulub, zəif iradəli qadinlari əsir edən adamlar var. Belə qadinlar günahla yüklənmiş müxtəlif ehtiraslarla sövq edilir,
7) daima öyrənir, amma həqiqəti heç zaman anlaya bilmirlər.
8) *Yannis və Yambris Musaya necə zidd getdilərsə, bu adamlar da eləcə həqiqətə zidd gedirlər. Düşüncələri pozğun, imanlari sinaqdan keçməmiş insanlardir.
9) Amma onlar daha irəli gedə bilməyəcəklər. Çünki Yannislə Yambrisin axmaqliği kimi bunlarin da axmaqliğini hami açiqca görəcək.
10) *Sən isə mənim tə’limimi, davranişimi, məqsədimi, imanimi, səbrimi, məhəbbətimi, dözümümü,
11) Antakyada, Konyada, Listrada başima gələn tə’qibləri, çəkdiyim əzablari diqqətlə izlədin. Nə tə’qiblərə qatlandim! Amma Rəbb məni bunlarin hamisindan xilas etdi.
12) Məsih Isaya məxsus olub Allahin yoluna yaraşan tərzdə həyat sürmək istəyənlərin hamisi tə’qibə mə’ruz qalacaq.
13) Amma pis adamlar və saxtakarlar aldadib aldanaraq, getdikcə daha betər olacaqlar.
14) Sən isə öyrəndiyin və güvəndiyin şeylərə sadiq qal. Çünki bunlari kimdən öyrəndiyini,
15) Müqəddəs Yazilari da uşaqliqdan bəri tanidiğini bilirsən. Onlar Məsih Isaya olan iman vasitəsilə sənə xilasedici hikmət verə bilir.
16) Bütün Müqəddəs Yazilar Allahdan ilham almiş və tə’lim, ifşa, islah, salehlik tərbiyəsi üçün faydalidir.
17) Beləliklə, Allah adami bacariqli olub hər yaxşi iş üçün təchiz edilsin.