Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

2 Timoteyə - Fəsil 2

Fəsillər: Giriş 1 2 3 4

 

Məsih uğrunda əziyyətə dözmək

1) Sən isə ey oğlum, Məsih Isada olan lütflə güclən.

2) Bir çox şahidlərin önündə məndən eşitdiyin sözləri başqalarina da öyrətməyə qadir olan sadiq adamlara həvalə et.

3) Isa Məsihin yaxşi əsgəri kimi mənimlə birgə əziyyət çək.

4) Əsgərlik edən insan gündəlik həyatla bağli işlərə sürüklənməz, ona əmr edən zabiti razi salmağa çalişar.

5) Həmçinin yarişlara qoşulan insan da qaydaya görə yarişmazsa, başina zəfər taci qoyulmaz.

6) Zəhmətkeş əkinçi məhsulunun ilk bəhrəsini dadmalidir.

7) Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayiş verəcək.

8) Yaydiğim Müjdədə açiqlandiği kimi, Davudun nəslindən olub ölülərdən dirilən Isa Məsihi yadinda saxla.

9) Bu Müjdə naminə bir zəncirə vurulmuş cinayətkar kimi əziyyət çəkirəm. Amma Allahin kəlami zəncirlənməmişdir.

10) Bu səbəbdən seçilmişlər uğrunda, onlar da Məsihdə olan xilasa əbədi izzətlə bərabər nail olsunlar deyə hər şeyə dözürəm.

11) Bu söz e'tibarlidir ki, «Əgər Onunla öldüksə, Onunla da yaşayacağiq;

12) *Əgər dözəriksə, Onunla da birlikdə hökm edəcəyik. Əgər Onu inkar etsək, O da bizi inkar edəcək.

13) Biz sadiq qalmasaq da, O sadiq qalacaq. Çünki Öz təbiətinə zidd davrana bilməz.»

Təcrübəli işçi

14) Bunlari imanlilarin yadina sal. Allahinu\fk Allahin – bə’zi əlyazmalarda Rəbbin. hüzurunda onlara sözlərin mə’nasi barədə dava etməməyi öhdəsinə qoy. Çünki bu fayda verməz, dinləyənlərə isə ziyan vurar.

15) Özünü Allaha sinaqdan çixmiş, həqiqət kəlamini doğruluqla işlədən alniaçiq bir işçi kimi təqdim etməyə çaliş.

16) Allahsiz boşboğazliqdan uzaq dur. Çünki belə boşboğazlar Allah yolundan daha da uzaqlaşacaq.

17) Onlarin sözü irinli yara kimi yayilacaq. Himeney və Filit onlarin sirasindadir.

18) Ölülərin dirilməsi artiq baş vermişdir deyərək həqiqətdən üz döndərib bə’zilərinin imanini alt-üst edirlər.

19) Lakin Allahin atdiği möhkəm təməl «Rəbb Özününküləri taniyir» və «Rəbbin adini ağzina alan hər kəs pislikdən uzaqlaşsin» sözləri ilə möhürlənib durur.

20) Böyük bir evdə yalniz qizil və gümüş qablar deyil, həmçinin taxta və gil qablar da vardir. Onlardan bə’zisi şərəfli, bə’zisi də şərəfsiz iş üçün istifadə olunur.

21) Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, şərəfli işlərə uyğun, müqəddəs olmuş, sahibinə faydali, hər yaxşi iş üçün hazirlanmiş qab olacaq.

22) Gənclik ehtiraslarindan qaç. Təmiz ürəklə Rəbbi çağiranlarla birlikdə salehliyin, imanin, məhəbbətin və sülhün ardinca get.

23) Axmaq və cahil münaqişələrdən uzaq ol. Çünki bunlarin dava-dalaşa səbəb olmasini bilirsən.

24) Rəbbin qulu davakar olmamalidir. Əksinə, hami ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalidir.

25) Ona qarşi olanlari həlimliklə düz yola gətirməlidir. Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə həqiqəti anlaya bilərlər

26) və özlərini istəyini yerinə yetirmək üçün əsir edən iblisin torundan çixib ayiq ola bilərlər.


up