1) *Məsih Isada olan həyat və’dinə görə, Allahin iradəsi ilə Isa Məsihin həvarisi mən Pauldan
2) sevimli oğlum Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih Isadan sənə lütf, mərhəmət və sülh olsun.
3) Durmadan gecə-gündüz dualarimda səni andiğim zaman ata-babalarim kimi təmiz vicdanla xidmət etdiyim Allaha şükür edirəm.
4) Göz yaşlarini xatirlayaraq səni görməyə həsrət çəkirəm ki, sevinclə dolum.
5) *Səndəki riyasiz imani yadima saliram. Əvvəlcə nənən Loida və anan Evnikinin saxladiği imani, əminəm ki, sən də saxlayirsan.
6) Bu səbəbdən əllərimi sənin üzərinə qoymağimla Allahin sənə verdiyi ən’ami alovlandirmağini xatirladiram.
7) Çünki Allah bizə qorxaqliq ruhu deyil, güc, məhəbbət və ağilli-kamalli olmaq ruhu vermişdir.
8) Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahin gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əziyyətə döz.
9) Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib, müqəddəs olmağa də’vət etdi. O lütf bizə Isa Məsih vasitəsilə əzəldən bəri verilib
10) indi isə Xilaskarimiz Isa Məsihin zühuru ilə üzə çixdi. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyati və ölməzliyi aşkar etdi.
11) *Mən bu Müjdə üçün təbliğatçi, həvari və müəllimt\fk Müəllim – bə’zi əlyazmalarda millətlərin müəllimi. tə’yin olundum.
12) Bu əzablari çəkməyimin səbəbi də budur. Amma bundan utanmiram, çünki Kimə inandiğimi bilirəm və arxayinam ki, mənə verdiyi əmanəti Öz gələcəyi günə qədər saxlamağa qadirdir.
13) Məsih Isada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür.
14) Sənə verilən yaxşi əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla.
15) Bilirsən ki, Asiya vilayətində olanlarin hamisi məndən üz döndərdilər. Həmçinin Figel və Hermogen də bunlarin sirasindadir.
16) Rəbb Onisiforun ev əhlinə mərhəmət etsin. Çünki dəfələrlə məni ruhlandirdi, mənim zəncirlənməyimdən utanmadi.
17) Əksinə, Romada olarkən məni sə’ylə axtarib tapdi.
18) Qoy Rəbb Öz gələcəyi Gün mərhəmətini tapmağa imkan versin. Efesdə onun mənə nə qədər xidmət etdiyini sən çox yaxşi bilirsən.