Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24
Giriş
“2 Şamuel” Kitabı “1 Şamuel” Kitabının davamıdır. Bu, Davudun əvvəl Yəhuda üzərində, sonra da, İsrail daxil olmaqla bütün millət üzərində hökmranlıq etməsinin tarixidir. Davud padşahlığının sərhədlərini genişləndirmək və mövqeyini möhkəmləndirmək üçün həm daxili, həm də xarici düşmənləri ilə mübarizə aparırdı. Bu Kitab Davudu böyük imana malik və Allaha həsr olunmuş, öz xalqının məhəbbətini qazanan bir insan kimi təsvir edir. Lakin o, öz ehtiraslarına uyaraq böyük günah etdi. Amma Rəbbin peyğəmbəri Natan onun günahlarını ifşa edəndə Davud etiraf edərək, Allahın verdiyi cəzanı həlimliklə qəbul edir. Davudun həyatı və nailiyyətləri İsrail xalqına o qədər təsir etmişdi ki, sonrakı dövrlərdə millət ən əzablı günlərində belə, Davuda bənzər bir padşah istəyir və arzuladığı padşahı “Davud oğlu” adlandırırdı.
Kitabın məzmunu:
Davudun Yəhuda üzərində hökmranlıq etməsi 1:1-4:12
Davudun bütün İsrail üzərində hökmranlıq etməsi 5:1-24:25
Erkən illər 5:1-10:19
Davud və Bat-Şeva 11:1-12:25
Əziyyət və çətinliklər 12:26-20:26
Sonrakı illər 21:1-24:25