1) *Paul, Sila və Timoteydən Atamiz Allah və Rəbb Isa Məsihə aid olan Salonikililərin cəmiyyətinə salam!
2) Ata Allah və Rəbb Isa Məsihdən sizə lütf və sülh olsun!
3) Qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik və belə etməyimiz yerinə düşər, çünki imaniniz artiqca artir və haminizin bir-birinizə olan məhəbbəti çoxalir.
4) Bunun üçün düşdüyünüz bütün tə’qiblərə, sixintilar zamani dözümünüzə və imaniniza görə Allahin cəmiyyətlərində sizinlə özümüz də fəxr edirik.
5) Bu şeylər Allahin ədalətli hökmünün əlamətidir ki, nəticədə uğrunda əzab çəkdiyiniz Allahin Səltənətinə layiq sayilasiniz.
6) Çünki Allahin hüzurunda haqq olan işdir ki, sizə əzab verənlərə əzab,
7) əziyyət çəkən sizlərə isə bunun əvəzində bizimlə birlikdə rahatliq veriləcək. Bu, Rəbb Isanin qüdrətli mələkləri ilə od içərisində göydən zühur etdiyi zaman olacaq.
8) O zaman Rəbbimiz Isa Allahi tanimayanlara və Özü barədə olan Müjdəyə itaət etməyənlərə cəza verəcək.
9) Onlara Rəbbin hüzurundan və qüdrətinin izzətindən məhrum qalib əbədi olaraq məhv edilmə cəzasi veriləcək.
10) Bütün bunlar Rəbbin Öz müqəddəsləri arasinda izzət qazanmaq və bütün imanlilari heyrətə gətirmək üçün gəldiyi gün baş verəcək. Siz də belə imanlilardansiniz, çünki etdiyimiz şəhadətə inandiniz.
11) Buna görə sizin üçün daim dua edirik ki, Allahimiz sizi Öz də’vətinə layiq görsün, hər yaxşi niyyətinizi və imandan asili hər əməlinizi Öz qüdrəti ilə həyata keçirsin.
12) Belə ki Allahimizin və Rəbb Isa Məsihin lütfünə görə Rəbbimiz Isanin adi sizdə izzət qazansin və siz də Onda izzət qazanasiniz.