Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36
Giriş
“2 Salnamələr” Kitabı “1 Salnamələr” Kitabının davamıdır. Müəllif bu kitabı Davud oğlu Süleymanın hökmdarlıq dövrünü təsvir etməklə başlayır. Süleymanın oğlu və varisi Rexavama qarşı Yarovamın başçılıq etdiyi şimal qəbilələrinin qiyamını nəql edəndən sonra, yalnız cənub padşahlığı olan Yəhudanın tarixindən danışır. Kitabda miladdan əvvəl 586-cı ildə Yerusəlimin süqutunun təsviri ilə Yəhuda padşahlığının tarixi tamamlanır.
Kitabın məzmunu:
Süleymanın hakimiyyəti 1:1-9:31
Erkən illər 1:1-17
Məbədin tikilməsi 2:1-7:10
Sonrakı illər 7:11-9:31
Şimal qəbilələrinin qiyamı 10:1-19
Yəhuda padşahları 11:1-36:12
Yerusəlimin süqutu 36:13-23