1) Sevimlilər, indi bu mənim sizə yazdiğim ikinci məktubdur. Hər iki məktubumda təmiz düşüncəli olmağinizi sizə xatirladaraq sizi oyaq edirəm.
2) Müqəddəs peyğəmbərlərin qabaqcadan söylədiyi sözləri və Xilaskarimiz Rəbbin həvariləriniz vasitəsilə verdiyi əmri yada salmalisiniz.
3) *Hər şeydən əvvəl bunu bilməlisiniz ki, axir zamanda öz ehtiraslarina görə hərəkət edən rişxəndçilər gələcək və rişxəndlə
4) deyəcək: «Rəbbin və’d etdiyi gəlişi haradadir? Axi ata-babalarimiz vəfat edəndən bəri, yaradilişin başlanğicindan da hər şey eyni cür olaraq qalir».
5) *Onlar qəsdən unutmuşlar ki, Allahin kəlami ilə göylər qədimdən bəri mövcuddur, quru da sudan ayrilaraq su vasitəsilə yarandi.
6) *Yenə də su ilə, yə’ni daşqinla o dövrkü dünya məhv oldu.
7) Indiki yer və göylər isə eyni Kəlamla oda təslim olmaq üçün tə’yin olunub allahsizlarin həlak olacaği qiyamət gününədəkk\fk Məhv olunacaği qiyamət gününədək – hərfi tərcümə mühakimə və məhv olunacaq gününədək. saxlanilir.
8) *Sevimlilər, bu bir şeyi yadinizdan çixarmayin ki, Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir.
9) Bə’ziləri bunu gecikmə sayar, amma Rəbb və’dini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbr edir. Çünki O heç kəsin həlak olmasini istəmir amma hər kəsin tövbə etməsini istəyir.
10) *Rəbbin günü isə oğrul\fk Oğru – bə’zi əlyazmalarda gecə gələn oğru. kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq.m\fk Ifşa olunacaq – hərfi tərcümə tapilacaq, mətn xarab ola bilər, bə’zi əlyazmalarda yanib yox olacaq.
11) Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalisiniz? Müqəddəs həyat sürməli, Allahin yolunu izləməlisiniz.
12) Allahin gələcəyi günü gözləyərək tezləşdirməlisiniz. O gün göylər od tutub məhv olacaq və ünsürlər yanib əriyəcəklər.
13) *Amma biz Allahin və’dinə əsasən salehliyin sakin olacaği yeni göyləri və yeni yeri gözləyirik.
14) Buna görə, sevimlilər, madam ki, bunlari gözləyirsiniz, Allahin önündə ləkəsiz və nöqsansiz olaraq sülh{əmin-amanliq} içində yaşamağa sə’y göstərin.
15) Sevimli qardaşimiz Paulun da ona bəxş edilmiş müdrikliklə sizə yazdiği kimi, Rəbbimizin səbrini də xilas fürsəti kimi sayin.
16) Paul bütün məktublarinda bu mövzulara eyni cür toxunur. Məktublarinda çətin başa düşülən bə’zi işlər var; cahillər və qərarsizlar digər Müqəddəs Yazilar kimi bunlarin da mə’nasini təhrif edərək öz həlaklarina səbəb olurlar.
17) Beləliklə, siz, ey sevimlilər, bunu əvvəlcədən bilib pozğun adamlar sizi aldadaraq yoldan azdirmasin və sabit vəziyyətinizdən ayrilmayasiniz deyə özünüzü qoruyun.
18) Lakin Rəbbimiz və Xilaskarimiz Isa Məsihin lütfündə və Onu tanimaqda böyüyün. Ona indi və əbədi olaraq izzət olsun! Amin.