1) Amma Allahin xalqi arasinda yalançi peyğəmbərlər də ortaya çixdi. Eləcə də sizin aranizda yanliş tə’lim yayanlar ortaya çixacaq. Bunlar hətta özlərini satin alan Sahibini inkar edib gizlicə araniza dağidici və təfriqəçi tə’lim gətirəcəklər. Belələri öz başlarina tezliklə həlak gətirəcək.
2) Hətta çoxlari onlarin pozğunluğuna qoşulacaq və onlarin üzündən həqiqət yoluna küfr ediləcək.
3) Tamahkarliqlarindan uydurma sözlərlə sizi istismar edəcəklər. Onlarin mühakiməsi çoxdan davam edir və həlaki hazirdir.
4) Çünki Allah günahkar mələkləri cəzasiz qoymadi, onlari qiyamət gününəf\fk Qiyamət gününə – hərfi tərcümə mühakiməyə. qədər saxlanmaq üçün cəhənnəmə ataraq zülmətdə buxovladi.g\fk Cəhənnəmə ataraq zülmətdə buxovladi – bə’zi əlyazmalarda cəhənnəmin qaranliq çuxurlarina atdi.
5) *O, allahsiz adamlarin yaşadiği qədim dünyaya daşqin göndərərək o dünyani cəzasiz qoymadi, amma səkkiz nəfəri, o cümlədən salehliyi bəyan edən Nuhu qoruyub saxladi.
6) *O, Sodom və Homorra şəhərlərini yandirib-yaxaraq viran olmağa məhkum etdi və beləliklə, gələcəkdə olan allahsiz adamlarah\fk Gələcəkdə olan allahsiz adamlara – bə’zi əlyazmalarda allahsiz adamlarin başina gələcək şeylər haqqinda. nümunə göstərdi.
7) *Pozğun olan insanlarin əxlaqsiz həyat tərzindən əziyyət çəkən saleh Lutu qurtardi.
8) Çünki onlarin arasinda yaşayan bu saleh insan günbəgün onlarin qanunsuz əməllərini görüb-eşidib öz saleh ruhunda əzab çəkirdi.
9) Əlbəttə ki, Rəbb Allah yolunda yeriyənləri sinaqdan necə qurtarmaği, haqsizlari isə qiyamət gününəi\fk Qiyamət gününə – hərfi tərcümə mühakimə gününə. kimi cəza altinda necə saxlamaği bilir.
10) O ələlxüsus cismani murdar ehtirasina uyaraq ağaliğa xor baxanlari belə saxlayir. Belə adamlar həyasiz və dikbaşdirlar, izzətlilərə böhtan atmaqdan qorxmurlar.
11) Halbuki onlardan qüvvət və qüdrətdə üstün olan mələklər Rəbbin önündə izzətlilərə böhtan ataraq ittiham etməz.
12) Bu adamlarsa sanki dərrakəsiz qeyri-iradi surətdə aparilan heyvanlardir ki, onlar tutulub kəsilmək üçün doğulublar. Onlar başa düşmədiyi şeylərə böhtan atir. Heyvanlar necə kəsilirsə, onlar da elə kəsiləcəklər.
13) Etdikləri zərərin əvəzinə alacaqlar. Gündüz kef çəkməyi əyləncə sayirlar. Sizinlə yeyib-içərkən sanki aranizda ləkələr və nöqsanlar olaraq öz hiylələrindən zövq alirlar.
14) Onlarin gözləri zina ilə doludur, günahdan doymurlar. Qərarsiz insanlari yoldan çixarirlar. Ürəkləri tamahkarliğa alişdirilmiş lə’nətli insanlardir.
15) *Haqsizliqla əldə etdiyi qazanci sevən Beor oğlu Bilamin yolunu tutaraq düz yolu qoyub azdilar.
16) Bilam işlədiyi günaha görə ifşa olundu: dilsiz-ağizsiz eşşək insan səsi ilə danişib bu peyğəmbəri dəlilik etməsindən çəkindirdi.
17) Bu insanlar susuz bulaqlar, qasirğanin dağitdiği buludlar kimidir. Onlar üçün Allah qati qaranliqj\fk Qati qaranliq – bə’zi əlyazmalarda əbədi qati qaranliq. saxlayib.
18) Çünki boş və lovğa sözlər söyləyərək yanliş yolda yürüyənlərdən çətinliklə qurtulanlari cismani ehtiraslar və əxlaqsizliqla yoldan azdirirlar.
19) Onlara azadliq və’d edirlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki insan nəyə məğlub olarsa, onun köləsi olar.
20) Rəbbimiz və Xilaskarimiz Isa Məsihi tanimaqla dünyanin çirkabindan qurtulduqdan sonra yenə həmin işlərlə məşğul olub məğlub olarlarsa, son vəziyyətləri əvvəlkindən betər olar.
21) Çünki salehlik yolunu taniyib özlərinə əmanət edilən müqəddəs əmrdən geri dönməkdənsə bu yolu tanimamaq onlar üçün daha yaxşi olardi.
22) *Bu doğru məsəllərdə deyilənlər onlarin öz başina gəldi: «It öz qusuntusuna qayidar» və: «Çimdirilmiş donuz palçiqda ağnamağa qayidar».