1) Isa Məsihin qulu və həvarisi mən Şimon Peterdən Allahimiz və Xilaskarimiz Isa Məsihin salehliyi sayəsində bizimlə bərabər qiymətli iman əldə etmiş olanlara salam!
2) Allahi və Rəbbimiz Isani tanidiqca lütf və sülh{əmin-amanliq} sizə bol-bol verilsin!
3) Bizi Öz izzəti və alicənabliğina Çağiranin ilahi gücü Onu tanimağimiz vasitəsilə yaşamağimiz və Allah yolunda yürüməyimiz üçün lazim gələn hər şeyi bizə bəxş etdi.
4) Beləliklə O, bizə çox böyük və dəyərli və’dlər verdi ki, bunlar vasitəsilə ehtirasin nəticəsi olan dünyadaki pozğunluqdan uzaqlaşib ilahi təbiətin ortaqlari olasiniz.
5) Elə buna görə də siz bütün sə’ylə imaniniza alicənabliq, alicənabliğiniza bilik,
6) biliyinizə nəfsə hakim olmaği, nəfsə hakim olmağiniza dözüm, dözümünüzə Allah yoluna bağliliq,
7) bağliliğiniza qardaşliq sevgisi və qardaşliq sevgisinə məhəbbəti əlavə edin.
8) Çünki əgər bunlar sizdə varsa və artirsa, sizi Rəbbimiz Isa Məsihi tanimaqda fəaliyyətsiz və səmərəsiz olmaqdan qoruyacaqlar.
9) Bunlar kimdə yoxdursa, o kordur, uzaği görə bilməz və əvvəlki günahlarindan təmizləndiyini unutmuşdur.
10) Beləliklə, ey qardaşlar, çağirildiğinizi və seçildiyinizi təsdiq etmək üçün daha da sə’y göstərin. Çünki əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz.
11) Beləcə, Rəbbimiz və Xilaskarimiz Isa Məsihin əbədi Səltənətinə{Padşahliğina?} girmək səlahiyyəti sizə bol-bol ehsan ediləcək.
12) Ona görə də bunlari bilsəniz və sahib olduğunuz həqiqətlə möhkəm dursaniz da, daima bunlari sizə xatirladiram.
13) Bu bədəndə yaşadiğim müddətdə xatirlatmaqla sizi oyandirmaği doğru hesab edirəm.
14) *Çünki Rəbbimiz Isa Məsihin mənə bildirdiyi kimi bu bədəndən ayrilmağimin yaxin olduğunu bilirəm.
15) Buna görə də çalişiram ki, mən bu dünyadan köçdükdən sonra da siz bunlari həmişə yada salasiniz.
16) Rəbbimiz Isa Məsihin qüdrətini və gəlişini sizə bildirərkən uydurma əfsanələrə əsaslanmadiq. Amma öz gözümüzlə Onun ululuğunun şahidləri olduq.
17) *Çünki Əzəmətli Ehtişami Olandan Ona «Bu Mənim sevimli Oğlumdur, Ondan raziyam» deyən səs gələndə O, Ata Allahdan izzət və şərəf qəbul etdi.
18) Müqəddəs dağda Onunla birgə olduğumuz üçün göydən gələn bu səsi biz də eşitdik.
19) Peyğəmbərlərin sözləri bizim üçün daha da təsdiq olundu. Bu sözlərə diqqət verirsinizsə, yaxşi edirsiniz. Onlar səhər açilib dan ulduzu ürəklərinizdə doğana qədər qaranliq yerdə işiq saçan bir çirağa bənzəyirlər.
20) Hər şeydən əvvəl bunu bilməlisiniz ki, Müqəddəs Yazilardaki peyğəmbərlik sözlərinin heç birini şəxsən şərh etmək olmaz.
21) Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamişdir, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi.e\fk Insanlar Allahdan gələn sözləri söylədi – bə’zi əlyazmalarda Allahin müqəddəs insanlari danişirdilar.