Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

2 Padşahlar - Giriş

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

 

Giriş

“2 Padşahlar” Kitabı Yəhuda və İsrail padşahlıqlarının tarixini davam etdirir. Kitabdakı hadisələr miladdan əvvəl IX əsrin ortalarından 586-cı ildə Yəhuda padşahlığının süqutuna qədər olan dövrü əhatə edir. Kitabda həmçinin 722-ci ildə İsrail padşahlığının süqutu təsvir edilir. Yəhuda və İsrail padşahları ilə xalqın Allaha sədaqətsizliyi üzündən millətin başına bu bəlalar gəlmişdi. Yerusəlimin dağıdılması və Yəhuda xalqının əksəriyyətinin sürgün edilməsi İsraillilərin tarixində ən mühüm hadisələrdən biridir.  “2 Padşahlar” Kitabında İlyasın ardıcılı olan Elişa Rəbb tərəfindən peyğəmbərliyə seçilir.  

Kitabın məzmunu:

Bölünmüş səltənət 1:1-17:41
Elişa peyğəmbər 1:1-8:15
Yəhuda və İsrail padşahları 8:16-17:4
Samariyanın süqutu 17:5-41
Yəhuda padşahlığı 18:1-25:30
Xizqiyadan Yoşiyaya qədər olan dövr 18:1-21:26
Yoşiyanın hökmranlıq etməsi 22:1-23:30
Yəhudanın axırıncı padşahları 23:31-24:20
Yerusəlimin süqutu 25:1-30

up