Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13
1) Müqəddəslərə göstəriləcək yardimla əlaqədar sizə yazmağima ehtiyac yoxdur.
2) Çünki yardim etməyə həvəsiniz olduğunu bilirəm. Axayyada olan sizlərin keçən ildən bəri hazirliqli olduğunuzu söyləyərək Makedoniyalilar qarşisinda fəxr etməkdəyəm. Sizin sə’yiniz onlarin çoxunu hərəkətə gətirdi.
3) Sizinlə etdiyimiz fəxr bu işdə boşa çixmasin deyə qardaşlari yaniniza göndərirəm və dediyim kimi gərək hazir olasiniz.
4) Belə ki bə’zi Makedoniyalilar mənimlə gəlib sizin hazir olmadiğinizi görərsə, sizə e’tibar etdiyimizə görə nə biz utanaq, nə də siz.
5) Ona görə də mən qardaşlardan xahiş etməyə ehtiyac duyuram ki, məndən əvvəl yaniniza gəlib və’d edilmiş bol bəxşişlərinizi qabaqcadan hazir etsinlər. O halda bu bəxşişlər məcburi yox, könüllü surətdə hazir olacaq.
6) Yadda saxlayin: az əkən az, bol-bol əkən bol-bol biçəcək.
7) Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adami sevir.
8) Allah sizə hər bir ne’məti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşi əməl üçün bol-bol imkaniniz olsun.
9) *Necə ki yazilib: «Əliaçiqliqla fəqirlərə paylar, Sonsuzadək salehliyindən dönməz».
10) *Əkinçiyə toxum və yemək üçün çörək ehtiyati verən Allah sizin də əkin ehtiyatinizi çoxaldacaq və salehliyinizin bəhrəsini artiracaq.
11) Hər tərəfli səxavətli olmaniz üçün hər baximdan varlandirilacaqsiniz. Səxavətiniz bizim vasitəmizlə Allaha şükür etməyə səbəb olacaq.
12) Çünki etdiyiniz bu xidmət yalniz müqəddəslərin ehtiyaclarini ödəməklə kifayətlənmir, həm də çoxlarinin Allaha şükür etməsi ilə aşib-daşir.
13) Allahi izzətləndirirlər ki, bu xidmətlə sübut etdiyiniz kimi Məsihin Müjdəsini təsdiqlədiyinizə müvafiq tərzdə itaətkarliq göstərərək onlara və hamiya səxavətlə yardim göndərirsiniz.
14) Allahin sizə bəxş etdiyi hədsiz lütfə görə hər birinizin həsrətini çəkərək sizin üçün dua edirlər.
15) Allahin sözlə ifadə oluna bilməyən bəxşişinə görə Ona şükür olsun!