Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13
1) *Qardaşlar, sizə söz açmaq istəyirik ki, Allahin lütfü Makedoniyadaki cəmiyyətlərdə nə oyatdi:
2) onlar böyük əziyyətlərlə sinananda coşğun sevincləri hədsiz yoxsul olduqlari halda zəngin səxavət göstərmələri ilə aşib-daşdi.
3) Mən şahidəm ki, onlar əllərindən gələn qədər, hətta artiqlamasi ilə, könüllü surətdə verdilər.
4) Bizə yalvara-yalvara müqəddəslərə yardim işinə qoşulmaq lütfünə nail olmaq istədilər.
5) Bu, gözlədiyimizdən də artiq oldu, çünki onlar özlərini əvvəlcə Rəbbə, sonra Allahin iradəsi ilə bizə həsr etdilər.
6) Ona görə Titusdan xahiş etdik ki, onun başladiği bu xeyriyyə işini sizin aranizda başa çatdirsin.
7) Siz isə hər şeydə – imanda, sözdə, bilikdə, hər cür cəhddə, sizə göstərdiyimiz məhəbbətdəl\fk Sizə göstərdiyimiz məhəbbətdə – bə’zi əlyazmalarda bizə göstərdiyiniz məhəbbətdə. zəngin olduğunuz kimi bu xeyriyyəçilikdə də zəngin olun.
8) Mən bunlari əmr edərək demirəm, lakin başqalarinin cəhdi ilə müqayisədə sizin məhəbbətinizin həqiqiliyini sinaqdan keçirərək deyirəm.
9) Rəbbimiz Isa Məsihin lütfündən xəbərdarsiniz: siz Onun yoxsulluğu vasitəsilə varli olasiniz deyə Özü varli olduğu halda, sizin uğrunuzda yoxsullaşdi.
10) Bu barədə sizə məsləhət verirəm. Siz keçən il bu işi nəinki gördünüz, hətta təşəbbüskari oldunuz. Öz xeyriniz üçün
11) indi bu işi başa çatdirin. Buna həvəsiniz necə idisə, imkan daxilində bunu elə də başa çatdirin.
12) Çünki insanin həvəsi varsa, verdiyi yardim imkani çatmadiği qədər yox, imkanina görə məqbul sayilir.
13) *Sizi əziyyətə salib başqalarina rahatliq vermək deyil, bərabərlik istəyirik.
14) Indi sizin əlavə vəsaitiniz qoy onlarin ehtiyaclarini ödəsin ki, lazim olanda onlarin vəsaiti də sizin ehtiyacinizi ödəsin. Beləcə qoy bərabərlik olsun.
15) Necə ki yazilib: «Çox yiğanin artiği, az yiğanin əskiyi olmadi».
16) Titusun ürəyində sizin üçün eyni cəhdi oyadan Allaha şükür olsun!
17) Çünki Titus bizim xahişimizi qəbul etməklə kifayətlənmədi, böyük cəhd göstərərək könüllü surətdə sizin yaniniza gəlir.
18) Müjdəni yaydiğina görə bütün cəmiyyətlərdə tə’riflənən bir qardaşi da onunla birgə yaniniza göndəririk.
19) Həmçinin o, Rəbbi izzətləndirmək və yardim etməyə həvəsli olduğumuzu göstərmək üçün apardiğimiz bu xeyriyyə işində yol yoldaşimiz olmaq məqsədi ilə cəmiyyətlər tərəfindən seçildi.
20) Bu bol olan nəzir-niyazla əlaqədar xidmətimizdə heç kim bizdə səhv tutmasin deyə diqqət göstəririk.
21) *Çünki məqsədimiz yalniz Rəbbin gözündə deyil, insanlarin da gözündə doğru sayilan işləri görməkdir.
22) Çox işdə dəfələrlə sinaqdan keçirib cəhdini gördüyümüz, indi sizə bəslədiyi böyük e’tibar sayəsində daha da cəhd göstərən başqa qardaşimizi da onlarla bərabər göndəririk.
23) Titusa gəlincə, o, mənim şərikim, sizlərin arasinda çalişan əməkdaşim, qardaşlarimiz isə Məsihin izzəti üçün cəmiyyətlərin elçiləridir.
24) Buna görə də cəmiyyətlərin qarşisinda məhəbbətinizi və sizinlə fəxr etməyimizin səbəbini onlara sübut edin.