Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

2 Korinflilərə - Fəsil 6

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13

 

1) Buna görə Allahla birgə işləyən bizlər rica edirik ki, Onun lütfünü boş yerə qəbul etməyəsiniz.

2) *Çünki O deyir: «Münasib vaxtda səni eşitdim, Xilas günü sənə kömək etdim». Budur, indi münasib vaxt, budur, indi xilas günü.

Paul dara düşəndə

3) Xidmətimiz e’tibardan düşməsin deyə heç kimi büdrədən bir şey etmirik.

4) *Əksinə, Allahin xidmətçisi olaraq hər şeydə özümüz barədə zəmanət veririk; hədsiz dözümdə, əziyyətlərdə, ehtiyaclarda, sixintilarda,

5) döyüləndə, həbslərdə, qarişiqliqlarda, zəhmətdə, yuxusuz qalanda, acliqlarda,

6) pak yaşayanda, bilikdə, səbirdə, xeyirxahliqda, Müqəddəs Ruhda, riyasiz məhəbbətdə,

7) həqiqəti e’lan edəndə, Allahin qüvvəsində, həm sağ, həm də sol əllərimizdə salehlik silahlari ilə,

8) gah ucalib gah alçalaraq təhqir olunanda, tə’riflənəndə özümüz-özümüzə zamin dururuq. Bizi yalançi sayirlar, amma biz doğruçuyuq.

9) Sanki namə’lumuq, amma taniniriq. Elə bil ölümün ağzindayiq, amma hələ yaşayiriq. Elə bil cəza çəkirik, amma öldürülmürük.

10) Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayiliriq, amma çoxlarini varlandiririq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.

11) Ey Korinflilər, sizinlə açiq danişiriq, sizə ürəyimizi açmişiq.

12) Bizimlə yaxin münasibətinizə mane olan biz deyilik, bu maneə sizin daxili hisslərinizdədir.

13) Buna cavab olaraq, sizə övladlarim kimi deyirəm: siz də ürəyinizi açin.

Allahin mə’bədi

14) Imansizlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə şərikliyi var? Işiqla qaranliğin ortaq nəyi var?

15) Məsihlə Belialink\fk Belial – Şeytanin bir adi. nə uyğunluğu var? Yaxud imanli ilə imansizin ümumi nəyi var?

16) *Allahin mə’bədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahin mə’bədiyik. Belə ki Allah demişdi: «Mən aralarinda yaşayib-dolanacağam, Onlarin Allahi olacağam, Onlar da Mənim xalqim olacaq».

17) *Ona görə «aralarindan çixib ayrilin» Rəbb belə deyir, «Murdar şeylərə toxunmayin»; «Mən də sizi qəbul edəcəyəm».

18) *«Mən sizə Ata olacağam, Siz də Mənim oğullarim, qizlarim olacaqsiniz» Külli-Ixtiyar Rəbb belə deyir.


up