Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13
1) Bilirik ki, siğindiğimiz bu dünyəvi çadiri\fk Dünyəvi çadir – yə’ni cismimiz. dağilarsa, göylərdə Allahin bizə verdiyi binamiz, əllə tikilməyən əbədi bir evimiz var.
2) Indi isə səmavi məskənimiz üstümüzü örtsün deyə həsrət çəkərək inləyirik.
3) Soyunuruqsa da,j\fk Soyunuruqsa da – bə’zi əlyazmalarda Bu məskən üstümüzü örtsə. lüt-üryan qalmariq.
4) Bu dünyəvi çadirda ikən hamimiz ağir yük altinda inləyirik. Çünki soyunmamizi deyil, üstümüzün örtülməsini istəyirik ki, həyat fani şeyləri yeyib-udsun.
5) Bizi məhz bunun üçün hazirlaşdiran Allahdir. O, Ruhunu bizə girov verdi.
6) Buna görə həmişə arxayinliğimiz var, həm də bilirik ki, bu bədəndə məskunlaşdiqca Rəbdən uzağiq.
7) Gözlə görünənə deyil, imana görə həyat sürürük.
8) Əlbəttə, arxayinliğimiz var və bu bədəndən uzaqlaşib Rəbbimizin yaninda məskunlaşmaği üstün tuturuq.
9) Buna görə bədəndə məskun və yaxud bədəndən uzaq olmağimiza baxmayaraq məqsədimiz Rəbbi razi salmaqdir.
10) *Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşi da olsa, onlarin əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çixmaliyiq.
11) Demək, Rəbdən qorxmanin nə olduğunu anladiğimiz üçün insanlari inandirmağa çalişiriq. Allaha bizim kim olduğumuz aşkardir və ümidvaram ki, sizin vicdaniniza da aşkardir.
12) Sizə özümüz barədə yenə zəmanət vermək istəmirik, amma ürəkləri ilə deyil, zahiri görünüşləri ilə öyünənlərə cavab verə biləsiniz deyə bizimlə fəxr etməniz üçün sizə imkan yaradiriq.
13) Əgər ağlimizi itirmişiksə, bu, Allah üçündür, yox, əgər ağlimiz başimizdadirsa, bu sizin üçündür.
14) Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hami üçün öldüyünə görə hami öldü.
15) Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artiq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasinlar.
16) Bunun nəticəsində də biz artiq heç kimi bəşəri nöqteyi-nəzərdən tanimiriq. Haçansa Məsihi bəşəri nöqteyi-nəzərdən tanisaq da, indi Onu elə tanimiriq.
17) Deməli kim Məsihdədirsə, yeni yaradilişdir, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.
18) Bunlarin hamisi Allahdandir. O, Məsih vasitəsilə bizi Özü ilə barişdirdi və bizə barişdirma xidmətini verdi.
19) Belə ki Allah insanlarin təqsirlərini onlarin əleyhinə qoymayaraq dünyani Məsihdə Özü ilə barişdirmaqda idi. Barişdirma sözünü də bizə əmanət etdi.
20) Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adi ilə yalvaririq ki, Allahla barişin.
21) Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbani verdi ki, Onda biz Allahin salehliyinə nail olaq.