Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

2 Korinflilərə - Fəsil 3

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13

 

1) Özümüz barədə yenə zəmanət veririkmi? Yoxsa bə’ziləri kimi sizə yazilan və yaxud sizin yazdiğiniz zəmanət məktublarina ehtiyacimiz var?

2) Bütün insanlarin tanidiği, oxuduğu, ürəklərimizə yazilmiş məktubumuz sizsiniz.

3) *Xidmətimizin nəticəsi olan bir Məsih məktubu olduğunuz aydin görünür; bu məktub mürəkkəblə yox, var olan Allahin Ruhu ilə daş lövhələrə deyil, ət ürəklərə yazilib.

4) Məsih sayəsində Allah hüzurunda belə e’tibarimiz var.

5) Özümüzdən yaranan qabiliyyətimiz yoxdur və bunu iddia da edə bilmərik. Bizə qabiliyyət verən Allahdir.

6) *O bizi yeni əhdin xidmətçiləri olmaq üçün qabiliyyətli etdi. Bu yeni əhd yazili Qanuna deyil, Ruha əsaslanir. Çünki yazili Qanun öldürür, Ruh isə həyat verir.

Yeni əhdin ehtişami

7) *Ölümlə nəticələnən xidmət, yə’ni daş lövhələr üzərində həkk olunan yazili Qanun elə ehtişamla gəldi ki, Musanin üzündən parlayan ehtişam ötəri olduğu halda, Israil övladlari onun üzünə baxa bilmirdilər.

8) Onda Ruha əsaslanan xidmət daha da ehtişamli olmazmi?

9) Əgər insani məhkum edən xidmətin ehtişami varsa, salehlik qazandiran xidmətin ehtişami nə qədər çoxdur.

10) Çünki əvvəllər ehtişamli olanin indi hədsiz ehtişami olanla müqayisədə ehtişami yoxdur.

11) Əgər ötəri olan ehtişamla gəldisə, daimi olanin ehtişami daha da böyükdür.

12) Belə bir ümidə sahib olduğumuz üçün böyük cəsarətlə danişa bilərik.

13) *Israil övladlari onun üzündəki ötəri ehtişamin keçib-getməsinə baxmasin deyə üzünə niqab çəkən Musa kimi deyilik.

14) Israil övladlari fikirlərində inadkar oldu. Bu günə qədər köhnə əhd oxunarkən onlari eyni niqab qapayir, açilmir, çünki yalniz Məsih vasitəsilə götürülür.

15) Hətta bu günə qədər Musanin Yazilari nə vaxt oxunursa, onlarin ürəklərini bir niqab qapayir.

16) Amma kim Rəbbə tərəf dönürsə, o vaxt niqab aradan qaldirilir.

17) Rəbb Ruhdur, Rəbbin Ruhu haradadirsa, azadliq da oradadir.

18) Biz hamimiz niqabsiz üzdə Rəbbin ehtişamini əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayir.


up