Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz.
-Yəhya 6:35

Müqəddəs Kitab

2 Korinflilərə - Fəsil 2

Fəsillər: Giriş 1 2 3 4 5 6 7 8 9 10 11 12 13

 

1) Mən sizi kədərləndirməmək üçün qərara aldim ki, yenə yaniniza gəlməyim.

2) Çünki sizi kədərləndirsəm, kədərləndirdiyim sizlərdən başqa məni kim şadlandiracaq?

3) Bunu yazmişdim ki, gəldiyim zaman məni sevindirəsi insanlar məni kədərləndirməsin. Haminiza inaniram ki, mənim sevincim hər birinizin sevincidir.

4) Kədərləndirmək üçün deyil, sizə bəslədiyim hədsiz məhəbbəti dərk edəsiniz deyə sizə böyük əziyyət, ürək ağrisi və göz yaşlari içində yazdim.

Günahkari bağişlamaq

5) Əgər kimsə kədər gətiribsə, şişirtmədən deyim ki, mənə deyil, haradasa haminiza kədər gətirib.

6) Beləsinə ictimaiyyətin verdiyi bu cəza bəsdir.

7) Hədsiz kədərə qərq olmasin deyə yaxşi olar ki, o insani indi bağişlayasiniz və təsəlli verəsiniz.

8) Buna görə sizdən xahiş edirəm ki, yenidən ona məhəbbət göstərin.

9) Bunu da sizə yazdim ki, hər vəziyyətdə sizin itaətkarliğinizi yoxlayim.

10) Kimi bağişlasaniz, mən də bağişlayaram. Əgər mən bir şey bağişlamişamsa, Məsihin hüzurunda sizin xeyriniz üçün bağişlamişam ki,

11) Şeytan bizdən mənfəət qazanmasin. Çünki onun niyyətlərindən xəbərsiz deyilik.

Yeni əhdin xidmətçiləri

12) *Məsihin Müjdəsini yaymaq məqsədi ilə Troasa gələndə Rəbdən mənim üçün bir qapi açildi.

13) Amma qardaşim Titusu orada tapmayanda ürəyim narahat oldu. Ona görə oradakilarla xudahafizləşib Makedoniyaya gəldim.

14) Bizi həmişə Məsihin zəfər təntənəsində addimladan, Onu tanimaqdan yaranan ətri bizim vasitəmizlə hər tərəfə yayan Allaha şükür olsun!

15) Çünki biz həm xilas, həm də həlak olanlar arasinda Allaha xoş olan Məsih ətriyik.

16) Həlak olanlar üçün ölümə aparan ölüm qoxusu, xilas olanlar üçünsə həyata aparan həyat ətriyik. Belə bir iş üçün kim yararlidir?

17) Axi biz çoxlari kimi Allahin kəlaminin alverçiləri deyilik; əksinə, Allah tərəfindən göndərilib Allahin hüzurunda, Məsihdə olaraq səmimi qəlbdən danişiriq.


up